main-post-cover

    Redmi K20 ilə K20 Pro rəsmi olaraq təqdim olundular

    Elm & Texnologiya
    28.05.2019
    Farid Pardashunas
        Xiaomi şirkətinin Redmi brendi özünün K20 adlı smartfon seriyasını Çində təqdim etdi. Sözügedən smartfon seriyasına iki model daxil oldu. Redmi K20Redmi K20 Pro. Lakin təqdimatda əsas diqqət məhz flaqman model hesab olunan K20 Pro-ya ayrılmışdı. Beləliklə K20 Pro modeli yüksək texniki göstəricilərdən əlavə olaraq tam çərçivəsiz ekrana, sürətli enerji yığma texnologiyalı yüksək həcmli batareyaya və ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasına sahibdir. Bu özəlliklərdən bəzilərini həmçinin adi Redmi K20 modeli də əldə edib.

        Beləliklə Redmi K20 Pro modeli 19.5:9 nisbətli və Full HD+ keyfiyyətli 6.39 düym AMOLED ekrana sahibdir. Ekran üzərində heç bir çıxıntı hissənin olmaması səbəbilə ekran cihazın ön panelinin 91.9%-ni əhatə edir. Smartfonun gövdəsi metal və şüşə materialdan hazırlanıb. Cihazın təhlükəsizliyindən ekrana inteqrasiya edilmiş 7-ci nəsil barmaq izi skanı texnologiyası cavabdehdir. Redmi K20 Pro 8 nüvəli Snapdragon 855 prosessoru vasitəsilə çalışır və özünün soyutma sisteminə sahibdir. AnTuTu adlı məşhur bençmark saytında sözügedən smartfon 388.803 xal toplayır.

        Digər əsas texniki göstəricilərə gəldikdə isə smartfon Adreno 640 qrafik sürətləndirici, 6/8 GB RAM, 64/128/256 GB daxili yaddaş hcəmi, 48 MP (f/1.75 diafraqmalı Sony IMX586) + 8 MP (f/2.4 diafraqmalı) + 13 MP (f/2.4 diafraqmalı və 128.8 dərəcə bucaq təsvirli) üçlü arxa kamera, smartfon gövdəsinin yuxarı hissəsinin daxilinə yerləşdirilmiş 20 MP-lik (f/2.0 diafraqmalı) ön kamera, 27 vatt gücündə enerji qəbul etməyə qadir Quick Charge 4.0 adlı sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya, NFC modul, USB Type-C girişi və 3.5 mm-lik audiogiriş ilə təchiz olunub.

        Adi K20 modelini Pro versiyadan fərqləndirən özəlliklər sırasında onun sahib olduğu prosessor və bəzi texniki özəlliklərdir. K20 Pro kimi adi K20 modeli də həmin ölçüdə olan ekrana sahibdir. Lakin K20 Pro -dan fərqli olaraq adi K20 modeli Snapdragon 730 prosessoru, Adreno 618 qrafik sürətləndirici, 6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi. 48 MP (Sony IMX582) + 13 MP + 8 MP üçlü arxa kamera, 20 MP-lik ön kamera və 18 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

        Redmi K20 Pro modeli 1 iyun tarixindən Çində satışa çıxacaq. 6 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 361$-a, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 376$-a, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 405$-a, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib versiya isə 434$-a satılacaq. Adi K20 modeli 6 iyun tarixindən satışa çıxacaq. 6 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 289$-a, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya isə 303$-a satılacaq. Bu smartfonların Avropa bazarında nə zaman satışa çıxacaqları barəsində bir məlumat verilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər