main-post-cover

    Redmi brendi öz ilk planşeti olan Redmi Pad-i təqdim edib - QİYMƏTİ

    Elm & Texnologiya
    05.10.2022
    Farid Pardashunas
        Redmi brendi Android vasitəsilə çalışan ilk planşet modelini təqdim edib. Təqdim edilmiş planşet Redmi Pad adını əldə edib. Redmi Pad yüksək təsvir tezliyinə sahib ekran, güclü audiosistem və böyük ekranlarla çalışmaq üçün optimizasiya edilmiş istifadəçi interfeysi əldə edib. Bütün bunları özündə birləşdirən planşet həmçinin aşağı qiymətə satılır. Beləliklə Redmi Pad 90 Hz-lik təsvir yenilənməsinə sahib 2000x1200 piksel keyfiyyətli IPS ekran ilə təchiz olunub. Ekran simmetrik çərçivələr ilə əhatə olunub. Planşetin gövdəsində isə Dolby Atmos dəstəkli 4 ədəd stereo səsgücləndirici yerləşdirilib.
        Əsas texniki göstəricilər baxımından planşet 8 nüvəli MediaTek Helio G99 prosessoru, 3/4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəyi), 8 MP-lik (avtofokus) arxa kamera, 8 MP-lik (105 dərəcə bucaq əhatəsi) ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 8000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Redmi Pad planşeti MIUI 13 for Pad interfeysi Android 12 vasitəsilə çalışır.
        MIUI 13 for Pad istifadəçi interfeysi xüsusi olaraq planşetlər üçün optimizasiya edilib və ekranın bölünməsi rejimini dəstəkləyir. Bu isə öz növbəsində eyni anda bir neçə tətbiqdə çalışmağa imkan verir. Redmi brendi sözügedən planşet üçün iki Android versiyasını istifadəyə verməyi və 3 il ərzində təhlükəsizlik yenilənmələrini təqdim etməyi söz verib. Redmi Pad artıq Hindistan bazarında satışa çıxıb. Onun Hindistan bazarındakı satış qiymətləri isə aşağıdakı kimidir:
    - 3 GB RAM + 64 GB yaddaş - 145$
    - 4 GB RAM + 128 GB yaddaş - 165$
    - 6 GB RAM + 128 GB yaddaş - 190$.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər