Redmi 8 Pro'nun real fotoları ortaya çıxdı

TEXNOLOGİYA


20.08.2019 0 PAYLAŞIM 156 OXUNMA


    İnternetdə yeni Redmi 8 smartfon seriyası barəsində məlumatlar ortaya çıxmağa davam edir. Belə ki, Redmi Note 8 modelinin real fotolarının ortaya çıxmasından sonra Redmi 8 Pro modelinin də real fotoları ortaya çıxdı. Bu barədə Gizmochina saytı xəbər verib. Redmi 8 Pro-nun real fotoları isə ABŞ-ın FCC agentliyində sertifikatlaşdılmasından keçməsi ilə ortaya çıxıb.


    Təqdim olunmuş fotolarda M1908C3JG kod nömrəsinə sahib Redmi smartfonu əks olunub. FCC agentliyində həmçinin bu smartfonun M1908C3JH kod nömrəsinə sahib versiyası da qeydiyyatdan keçirilib. Fotolardan da görmək olar ki, smartfon ön paneldən ekran üzərində damcı formalı çıxıntı hissəyə və alt hissədə Redmi yazısının olduğu çərçivəyə sahibdir.


    Smartfonun arxa paneli isə qradient rəngə sahibdir və orda barmaq izi skanı texnologiyası ilə 4 kamera modulu yerləşdirilib. Birinci kamera modulu xüsusi ağ dairəvi zolaq ilə əhatə olunub. Bu özəllik isə onu Xiaomi smartfonlarından fərqləndirir. FCC məlumatlarına əsasən smartfon 6.1 düym ekran, 3/4 GB RAM, 32/64 GB daxili yaddaş həcmi və USB Type-C girişi ilə təchiz olunacaq. Məlumata əsasən Redmi 8 Pro modeli 29 avqust tarixində təqdim olunacaq.