'Razer' istehsalı smartfonun ilkin fotosu sızdırıldı
16.10.2017
Farid Pardashunas
Keçən həftə paylaşdığımız xəbərdə məlum oldu ki, kompüter aksessuarları istehsalçısı “Razer”, 1 Noyabr tarixində öz smartfonunu təqdim edəcəyi xüsusi tədbir keçirdəcək.
Qeyd etmək lazımdır ki, bundan öncə
nə vaxtsa sözügedən şirkət, Razer Edge Pro adlı planşeti artıq təqdim etmişdi.
Lakin o, çox da böyük məşhurluq qazanmadı. “Razer”in ilk smartfonunun texniki
göstəriciləri haqqında məlumatlar artıq yayılıb. Sıra gəldi ilk fotolara. İlk
fotonu yayan şəxs, oyun sənayesində çalışan insayderlərdən biri olub.
Onun sözlərinə
görə hələ təqdim olunmamış smartfon, müxtəlif mobil oyunları test etmək üçün
ona verilib. Bu inandırıcı səslənir. Belə ki, bu smartfon ilk növbədə gamerlər
üçün nəzərdə tutulacaq. O, 5.7 inç QHD ekran, 8 nüvəli Snapdragon 835
prosessoru, 8 GB RAM, 64 GB daxili yaddaş, 12 MP-lik arxa və 8 MP-lik ön kamera
ilə təchiz olunacaq. Smartfon Android əməliyyat sistemi vasitəsilə çalışacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək