Qualcomm subflaqman və orta büdcəli smartfonlar üçün Snapdragon 7+ Gen 2 prosessorunu təqdim edib

Qualcomm subflaqman və orta büdcəli smartfonlar üçün Snapdragon 7+ Gen 2 prosessorunu təqdim edib

Texnologiya
17.03.2023 PAYLAŞIM

    Qualcomm şirkəti Snapdragon 7 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 7+ Gen 2-dən gedir. 4 nanometrlik texnoloji proses əsasında hazırlanmış bu prosessor subflaqman və orta büdcəli smartfonlar üçün nəzərdə tutulub. Snapdragon 7+ Gen 2 prosessoru daha öncəki model olan Snapdragon 7 Gen 1 ilə müqayisədə bir çox istiqamət üzrə təkmilləşdirilib. Bununla yanaşı Snapdragon 7 Gen 1 ilə müqayisədə Snapdragon 7+ Gen 2-nin performans göstəriciləri və enerji effektivliyi də yüksəlib. Yeni prosessorun nüvələri “1+3+4” sxemi üzrə qruplaşdırılıb. Yəni Snapdragon 7+ Gen 2 prosessoru 2.91 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X2 nüvəsinə, 2.49 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A710 nüvəsinə və 1.8 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A510 nüvəsinə sahibdir.


    Qualcomm-un verdiyi məlumata əsasən Snapdragon 7 Gen 1 ilə müqayisədə Snapdragon 7+ Gen 2-nin performansı bəzi çalışma ssenariləri çərçivəsində 50% yüksəlib. Şirkət həmçinin bildirib ki, yeni prosessorun GPU performansı 2 dəfə, enerji effektivliyi isə 13% yüksəlib. Snapdragon 7+ Gen 2-nin hansı qrafik çip ilə təchiz olunduğu barəsində məlumat verilməyib. Lakin qeyd edilib ki, prosessorun qrafik çipi Auto Variable Rate Shading adlı texnologiyanı dəstəkləyir. Bu texnologiya mobil oyun səhnələrini arxa fon ilə müqayisədə ön planda daha yüksək keyfiyyətdə sərgiləyir. Bu isə öz növbəsində smartfonun enerjisinə və resurslarına qənaət etmək imkanını verir.

    Snapdragon 7+ Gen 2 prosessoru 200 MP-lik kameraları və eyni anda iki kamera vasitəsilə HDR çəkilişlərin aparılması imkanını dəstəkləyir. Təbii ki, yeni porsessorda süni zəka imkanları da reallaşdırılıb. Belə ki, AI Engine texnologiyası öz növbəsində 2 dəfə daha yüksək performansı və 40% daha yaxşı enerji effektivliyini təmin edir. Prosessor həmçinin Snapdragon X62 5G modeminə də sahibdir. Bu 5G modem saniyədə 4.4 Gbit yükləmə sürətini təmin edir. Qualcomm-un verdiyi məlumata əsasən Snapdragon 7+ Gen 2-yə sahib ilk smartfonlar artıq bu ay ərzində təqdim olunacaq.



DAHA ÇOX


Analitiklər Apple Vision Pro barəsində fikirlərini söyləyiblər

TrendForce şirkətinin analitiklərinin proqnozlarına əsasən Apple şirkəti gələn il 200 000 ədəd Visio..


Snapdragon 8 Gen 3 hansı performansı sərgiləyəcək?

Qualcomm şirkəti keçən həftə Snapdragon 8 Gen 3 flaqman prosessorunun təqdimat tədbirini anons etmiş..


Apple Vision Pro-nun sahib olduğu batareyanın təqribi həcmi barəsində məlumat ve..

Apple şirkəti öz qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqdim edən zaman qeyd etmişdi k..


Samsung Galaxy Watch 6 smart saatı hansı gücdə şarj texnologiyasını dəstəkləyəcə..

Samsung şirkətinin iyul ayının sonunda keçirəcəyi Galaxy Unpacked tədbiri çərçivəsində qatlana bilən..


Apple Vision Pro-nun maya dəyəri nə qədər təşkil edir?

Apple Vision Pro qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının təqdimatı WWDC 2023 konfransını..

×