main-post-cover

    Qualcomm Snapdragon 895 prosessoru bar'sində ilk məlumatlar verilib

    Elm & Texnologiya
    26.02.2021
    Farid Pardashunas
        Qualcomm hələ özünün yeni nəsil Snapdragon prosessorunu təqdim etməsə də insayderlər artıq onun barəsində məlumat verməyə başlayıblar. Belə ki, onlar Qualcomm-un yeni flaqman prosessorunun adı ilə birlikdə onu əldə edəcək ilk smartfon modelini də açıqlayıblar. İnsayderlərin verdikləri məlumata əsasən bu ilin sonunda təqdim olunacaq yeni flaqman prosessor Snapdragon 888-in davamçısı olacaq və 5 nanometrlik texnoloji proses əsasında hazırlanacaq.
        Məlumatda qeyd edilib ki, Tayvanın TSMC şirkəti 4 nanometrlik prosessorların istehsalını 2022-ci ildən tez reallaşdırmaq niyyətində deyil. Buna görə də Snapdragon 895 prosessoru Samsung ilə birlikdə 5 nanometrlik texnoloji proses əsasında hazırlanacaq. Gözləntilərə əsasən Snapdragon 895 prosessoru yeni X65 5G modemi, PowerSave 2.0 adlı enerji sərfiyyatına qənaət texnologiyası və 5G şəbəkələrdə maksimal sürət (saniyədə 10 Gbit) ilə təchiz olunacaq. Snapdragon 895-i əldə edəcək ilk smartfon isə Xiaomi Mi 12 olacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər