Qualcomm Snapdragon 865 çipsetini təqdim etdi

Qualcomm Snapdragon 865 çipsetini təqdim etdi

Texnologiya
04.12.2019 PAYLAŞIM

        Növbəti il android cihazlarda istifadə ediləcək Snapdragon çipsetləri bu gün Qualcomm tərəfindən təqdim olundu. Həvay (Hawaii) adalarında keçirilən Tech Summit 2019 təqdimatında flaqman çipseti Snapdragon 865, əlavə olaraq 5G inteqrasiyalı Snapdragon 765765G təqdim olundu. Yeni SoC 865 çipseti digərlərindən fərqli olaraq daxili 5G modeminə malik deyil, lakin X55 5G modemini dəstəkləyir. Bu da o deməkdir ki, mobil telefonlara əlavə modem qoyulacağı üçün 5G-li flaqman telefonlar baha olmağa davam edəcək.

Snapdragon 865 təkmilləşmiş süni intellekt dəstəyinə malikdir və qrafika dəstəyi olaraq əvvəlki nəsildən 25% daha güclüdür.


        Flaqman səviyyəsindəki çipseti gələn ilin əvvəllərində Xiaomi, ZTE, OPPO və digər markaların flaqman telefonlarında görə biləcəyik. Təqdim olunan digər iki SoC 765765G isə daxili 5G modemə malik olduğu üçün orta seqment cihazlarda görmək mümkün olacaq. İlkin olaraq HMD Global şirkətinin Nokia telefonlarında istifadə olunacaq. Təqdimat hələ 2 gün daha davam edəcəyi üçün bu çipsetlərdən sadəcə Snapdragon 865 haqqında bəzi məlumatlar medya ilə paylaşıldı. 

        Qualcomm rəsmilərinin verdiyi məlumata görə SoC 865 15 TOPS ( Saniyədə 15 trilyon proses ) gücə malikdir və Snapdragon 855-dən 2 dəfə daha güclüdür. Həmçinin süni intellekt üçün xüsusilə gücləndirilmiş motordan istifadə olunur. Qeyd edək ki, Snapdragon 865 ilə 8K 30 FPS video çəkmək, 8K 60 FPS video analiz dəstəyinə malikdir. Snapdragon 765765G isə 4K HDR video çəkiliş və 192 Mp-lik kamera sensor dəstəyinə malik olduğu Qualcomm tərəfindən bildirildi. Bunlardan əlavə şirkət 3D Sonic MAX adında yeni nəsil barmaq izi sensorlarını da təqdim etdi. Əvvəlki nəsilə nəzərən 17 qat daha geniş tanıma bölgəsinə və eyni anda 2 fərqli barmağı tanıma kimi funksionallığa malik olduğu deyilir. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple AirPower Mini naqilsiz şarj stansiyasının real fotoları sızdırılıb

Naqilsiz şarj stansiyası olan AirPower-in ilk hazırlanma mərhələsindəki uğursuz nəticə Apple şirkəti..


Sony şirkəti PlayStation 5-in qiymətini rəsmi olaraq açıqlayıb

Sony şirkəti gecə keçirtdiyi təqdimat çərçivəsində PlayStation 5 konsolunun qiymətini və startda han..


Professional Apple AirPods Studio qulaqlığının real fotosu sızdırılıb

Artıq bir neçə aydır ki, internetdə olan məlumatlara əsasən Apple şirkəti AirPods Studio adlı yeni p..


GoPro yeni Hero 9 Black action kamerasını təqdim edib - QİYMƏTİ

GoPro şirkəti özünün yeni Hero 9 Black action kamerasını təqdim edib. Yeni kamera modeli əvvəlki Her..


Apple şirkətinin yeni A14 Bionic prosessoru Snapdragon 875-dən az performanslı o..

Prosessorun daha detallı analizi onu göstərir ki, A14 Bionic Apple şirkətinin dediyi kimi heç də o d..


Huawei şirkəti cihazların kontaktsız şarj texnologiyasının patentini əldə edib (..

Smartfonların naqilsiz şarj prosesini dəstəkləməsi dedikdə onların cərəyan mənbəsinə qoşulmuş xüsusi..

×