main-post-cover

    Qualcomm Snapdragon 8 Gen 3 prosessorunun təqdimat tədbirini anons edib

    Elm & Texnologiya
    02.06.2023
    Emil Nəcəfov
        Qualcomm şirkəti heç gözlənilmədən Snapdragon Summit adlı növbəti təqdimat tədbirini anons edib. Şirkətin verdiyi məlumata əsasən Snapdragon Summit 2023 təqdimat tədbiri 24 oktyabrda start götürəcək və 26 oktyabra kimi davam edəcək. Ənənəyə sadiq qalaraq tədbir Havay adalarında baş tutacaq. Tədbirdə şirkət əsas diqqətini Snapdragon 8 Gen 3 flaqman prosessoruna ayrılacaq. Qeyd etmək lazımdır ki, Snapdragon 8 Gen 3 prosessorunun TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında istehsal ediləcək.
    Linki kopyala