main-post-cover

    Qualcomm şirkəti Snapdragon 875 prosessorunun təqdimat tarixini anons edib

    Elm & Texnologiya
    06.10.2020
    Emil Nəcəfov
        Olmuş bir sıra məlumat sızıntılarından sonra Qualcomm şirkəti rəsmi şəkildə Snapdragon 875 flaqman prosessorunun təqdimat tarixini elan etdi. Bu barədə Androidauthority saytı xəbər verib. Beləliklə şirkətin verdiyi məlumata əsasən onun yeni mobil prosessoru 1 dekabr tarixində təqdim olunacaq. Təqdim olunacaq prosessorun modeli qeyd olunmasa da güman edilir ki, söhbət, Snapdragon 875-dən gedir.
        Belə ki, şirkət premiuma özəl mobil performansdan söhbət açır. Məlumata əsasən Snapdragon 875 prosessoru şirkətin 5G dəstəkli ən güclü və enerji baxımından ən effektivli prosessoru olacaq. Gözləntilərə əsasən sözügedən prosessoru ilk əldə edəcək smartfonlar məhz gələn ilki Galaxy S seriyasına daxil olacaq smartfonlar olacaqlar. Güman olunur ki, Snapdragon 875 bir neçə versiyada təqdim olunacaq və onların arasında daha sadələşdirilmişi olacaq.
    Qualcomm Snapdragon 875
    Linki kopyala