Qualcomm şirkəti Snapdragon 865 Plus-ı təqdim edib: Adi Snapdragon 865-dən nə ilə fərqlənir?

Qualcomm şirkəti Snapdragon 865 Plus-ı təqdim edib: Adi Snapdragon 865-dən nə ilə fərqlənir?

Texnologiya
09.07.2020 PAYLAŞIM

    Qualcomm öncədən heç bir anons etmədən Snapdragon 865 Plus prosessorunu təqdim edib. Keçən ilki Snapdragon 855 Plus modelində olduğu kimi adi Snapdragon 865 modeli ilə müqayisədə yeni prosessorda o qədər də ciddi yeniliklər yoxdur. Qualcomm şirkəti Snapdragon 865 Plus modelində əsas diqqəti qrafik performansın yüksəlməsinə və Wi-Fi vasitəsilə ötürülən məlumatların ötürülmə sürətinə diqqət ayırıb.

    Snapdragon 865 Plus modeli 3.1 GHz tezlikdə çalışan 8 ədəd Kryo 585 Prime nüvəsinə sahibdir. Bu isə yeni prosessora Snapdragon 865 ilə müqayisədə 10%-lik performans yüksəlişini təmin edir. Qeyd etmək lazımdır ki, adi Snapdragon 865-də 2.84 GHz tezlikdə çalışan Kryo 585 nüvələrindən istifadə olunur. Bundan əlavə olaraq yeni prosessorda Adreno 650 qrafik çipindən istifadə olunur. Bi isə öz növbəsində qrafik performansın 10% yüksəlməsinə imkan verir.


    Snapdragon 865 Plus-ın daha bir fərqli özəlliklərindən biri də odur ki, o, Wi-Fi 6E standartını dəstəkləyir. Yeni Wi-Fi standartı vasitəsilə Snapdragon 865 Plus məlumatları saniyədə 3.6 Gbit sürətlə ötürə bilir. Bununla yanaşı Plus modeldə Bluetooth 5.2 dəstəyi də reallaşdırılıb. Digər bütün göstəricilər üzrə Snapdragon 865 Plus modeli adi Snapdragon 865 ilə eynidir. Artlq məlumdur ki, Snapdragon 865 Plus prosessorunu ilk əldə edəcək smartfonlar ASUS ROG Phone 3 Lenovo Legion gamer smartfonları olacaqlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Samsung yeni nəsil Exynos prosessorlarının yaradılması üçün ARM və AMD ilə birlə..

Samsung şirkəti təkcə smartfon istehsalı ilə məşğul olmur. O həmçinin öz bəzi smartfonlarında Qualco..


SpaceX-in Starlink peyk internetinin ilk test nəticələri ortaya çıxıb

İyun ayında SpaceX şirkəti Starlink peyk internetinin testi üçün sorğuların qəbuluna start vermişdi...


Şirkətin yeni layihəsi: Huawei Kirin prosessorlarını fərdi şəkildə istehsal etmə..

Ortaya çıxmış yeni məlumata əsasən Huawei şirkəti fərdi şəkildə prosessor istehsalına başlamağı plan..


Tesla-dan smart saat?: Şirkətin adı smart saat tərtibatçıları siyahısında aşkar ..

Bəzən Tesla brendi altında təkcə elektromobillər deyil həm də digər məhsullar da satışa çıxırlar. Be..


Youtube kanalı OWC 27 düyümlük iMac-ı tamamilə sökdü: Nələr dəyişib?

Youtube kanalı olan OWC Apple-a məxsus olan 27 düyümlük iMac kompüterini tamamilə sökdü. Bəs nələr d..


Bütün yeni prosessorlarda təhlükəli boşluqlar aşkarlandı: Intel, ARM, IBM və AMD..

İntel, ARM, İBM və AMD şirkətlərinə məxsus yeni və müasir prosessorlarda təhlükəli boşluqlar aşkarla..

×