main-post-cover

    Qualcomm şirkəti Snapdragon 865-in təqdimat tarixini elan etdi

    Elm & Texnologiya
    08.11.2019
    Emil Nəcəfov
        Dünən Qualcomm şirkətinin növbəti flaqman prosessor modeli olacaq Snapdragon 865-in təqdimat tarixi barəsində məlumat ortaya çıxmışdı. Bugün isə şirkət bu məlumatı təsdiqləyib. Beləliklə Snapdragon 865 prosessoru 3-5 dekabr tarixlərində Maui adasında (Havay adaları) baş tutacaq Qualcomm Snapdragon Tech Summit 2019 tədbirində təqdim ediəcək. Bu barədə Gagadget saytı xəbər verib.
        Həmin təqdimat tədbirində bir neçə prosessor modelinin təqdim olunacağı gözlənilsə də tədbirin əsas diqqəti məhz Snapdragon 865 prosessoruna yönələcək. Yeni proessor 8 nüvəli olacaq və Samsung-un ya 7 ya da 5 nanometrlik texnoloji prosesi əsasında hazırlanacaq. Prosessor iki versiyada təqdim olunacaq. Onlardan biri Snapdragon X55 adlı 5G modemi əldə edəcək, digəri isə 5G modemsiz təqdim olunacaq.
        Gözləntilərə əsasən Snapdragon 865 yeni texnologiyaları, LPDDR5 standartlı RAM göstəricisini və təbii ki, yüksək performans göstəricisini dəstəkləyəcək. Snapdragon 865-dən əlavə olaraq şirkət həmçinin Snapdragon 735 prosessorunu da təqdim edə bilər. Snapdragon 735 öz növbəsində 2.36 GHz və 2.32 GHz tezliklərdə çalışan 2 ədəd Cotex-A76 və 1.73 GHz tezlikdə çalışan 6 ədəd Cortex-A55 nüvəsi əldə etməlidir. Bununla yanaşı prosessor Adreno 620 qrafik çipi ilə də təchiz oluna bilər.
    Linki kopyala