main-post-cover

    Qualcomm şirkəti Snapdragon 865-in əsas özəlliklərindən birini sərgiləyib (VİDEO)

    Elm & Texnologiya
    05.02.2020
    Farid Pardashunas
        Snapdragon 865 prosessorunun təqdimatından sonra Qualcomm şirkəti Snapdraogn 865-in əsas özəlliklərindən birini sərgilədi. Belə ki, öz rəsmi Youtube kanalında şirkət sözügedən prosessora sahib prototip smartfonun kamerası vasitəsilə çəkilmiş 8K keyfiyyətli videonu təqdim edib. Bu barədə 9to5google saytı xəbər verib. Snapdragon 865-də olan Spectra 480 adlı təsvir emalı prosessoru saniyədə 30 kadr sürətlə 8K keyfiyyətli videoların çəkilişini mümkün edir. Şirkətin verdiyi məlumata əsasən bu yeni prosessor mobil kameraların keyfiyyətini yeni səviyyəyə yüksəltmək üçün nəzərdə tutulub.
        Youtube-da təqdim edilmiş video ABŞ-ın Arizona ştatında çəkilib. Çəkiliş prosesi isə Snapdragon 865 prosesosruna və Sony IMX586 kamera moduluna sahib prototip smartfon vasitəsilə reallaşdırılıb. Prosessorun digər imkanları arasında 960 fps sürətlə sərhədsiz slow-mo videoların çəkilişi, 200 MP-ə kimi kameraların dəstəyi və HDR rejimində 4K keyfiyyətli videoların çəklişi var. Qeyd etmək lazımdır ki, Snapdragon 865 proessorlu ilk smartfon modelləri bu ilin birinci rübündə təqdim olunacaqlar. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər