main-post-cover

    Qualcomm şirkəti 5G dəstəkli Snapdragon 768G prosessorunu təqdim etdi

    Elm & Texnologiya
    11.05.2020
    Farid Pardashunas
        Qualcomm şirkəti öz prosessor seriyasını Snapdragon 768G modeli ilə genişləndirdi. Təqdim edilmiş yeni prosessor keçən ilin sonunda təqdim edilmiş Snapdragon 765G modelinin təkmilləşdirilmiş versiyasıdır. Snapdragon 765G-dən fərqli olaraq Snapdragon 768G modeli daha performanslı CPU və yenilənmiş qrafik sürətləndirici əldə edib.
        Snapdragon 765 və 765G prosessor modelləri Qualcomm şikətinin 5G dəstəkli ilk orta səviyyəli prosessor modelləri idilər. G seriyasının əsas fərqləndirici özəlliyi Adreno 620 qrafik çipidir. Həmin qrafik çip 20% daha yüksək prosessor performansını təqdim edir. Snapdragon 768G də Adreno 620 qrafik çipi ilə təchiz olunub. Lakin onun tezliyi 15% artıb.
        Digər özəlliklər cəhətdən yeni prosessor Snapdraogn 765G ilə eynidir. Snapdragon 768G modeli 7 nanometrlik texnoloji proses əsasında hazırlanıb. O, bir ədəd yüksək performanslı Kryo 475 Prime nüvəsi, bir ədəd Kryo 475 (2.2 GHz) nüvəsi və 6 ədəd ARM Cortex-A55 (1.8 GHz) nüvəsi ilə təchiz olunub. Bununla yanaşı yeni prosessor Snapdragon X52 5G modemini əldə edib. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər