main-post-cover

    Qualcomm öz portativ oyun konsolunu hazırlaya bilər

    Elm & Texnologiya
    01.06.2023
    Farid Pardashunas
        İnsayderlərin verdikləri məlumata əsasən Qualcomm şirkəti bir neçə müddət bundan öncə Sony Nintendo ilə portativ oyun konsollarının gələcək inkişafları mövzusunda müzakirələr aparıb. Bu məsələ ilə bağlı rəsmi məlumat hələ olmasa da, bəzi mütəxəssislər artıq belə qənaətə gəliblər ki, Qualcomm şirkəti Sony və Nintendo ilə əməkdaşlıq etməyi planlaşdırır. Şirkətlərin öz aralarında nələri müzakirə etdikləri barəsində məlumat verilməyib. Lakin insayderlər güman edirlər ki, Qualcomm öz portativ oyun konsolunu hazırlamaq niyyətindədir.
        Bu istiqamətdə şirkət Nintendo-dan texniki imkanlarla çalışma təcrübəsini, Sony-dən isə konkret platforma üçün optimizasiya edilmiş mobil oyunların yaradılması təcrübəsini əldə etmək istəyir. İnsayderlər bildiriblər ki, müasir portativ oyun konsollarının böyük ölçüdə olduqları səbəbilə Qualcomm öz konsolunu təkmilləşdirilmiş soyutma sistemi ilə təchiz edə bilər. Bu isə o deməkdir ki, Qualcomm öz portativ oyun konsolunda mobil prosessordan istifadə etməyəcək. Heç istisna deyil ki, bu cür oyun konsolu noutbuklar üçün nəzərdə tutulmuş 12 nüvəli Snapdragon 8cx Gen 4 prosessorunu əldə etsin.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər