Qualcomm noutbuklar üçün nəzərdə tutulmuş yeni prosessorlarını təqdim edib

Qualcomm noutbuklar üçün nəzərdə tutulmuş yeni prosessorlarını təqdim edib

Texnologiya
03.12.2021 PAYLAŞIM

    Smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 8 Gen 1 prosessorundan sonra Qualcomm şirkəti noutbuklar üçün 2 yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 8cx Gen 3Snapdragon 7c+ Gen 3-dən gedir. Şirkət bildirib ki, ayrı-ayrı hallarda sözügedən yeni prosessorlar əvvəlki modellərdən 85% daha güclüdürlər. Snapdragon 8cx Gen 3 modeli 5 nanometrlik texnoloji proses əsasında hazırlanıb və o, keçən ilki 8cx Gen 2-dən hesablama gücü baxımından 85% (29 TOPS) daha güclüdür. Onun qrafik performansı isə 8cx Gen 2-dən 60% yüksəkdir. Qualcomm-un verdiyi məlumata əsasən sözügedən prosessora sahib noutbuklar oyunları saniyədə 120 kadr sürətlə Full HD formatda işə sala biləcəklər.


    Bundan əlavə olaraq Snapdragon 8cx Gen 3 prosessoru Snapdragon X65 5G modemini əldə edib. Sözügedən modemin sürəti isə saniyədə 10 Gbit-ə bərabərdir. Bununla yanaşı prosessorda Wi-Fi 66E texnologiyalarının dəstəyi də reallaşdırılıb. Snapdragon 8cx Gen 3 24 MP-ə kimi olan kamera sensorlarını dəstəkləyir. Snapdragon 8cx Gen 3 modeli həmçinin Windows 11 əməliyyat sistemi ilə uyğunlaşa bilir. Snapdragon 7c+ Gen 3-ə gəldikdə isə o, 6 nanometrlik texnoloji proses əsasında hazırlanıb və keçən ilki 7c Gen 2 ilə müqayisədə hesablama gücündə 60% yüksəliş sərgiləyir.

    Yeni prosessorun qrafik performansı isə 70% artıb. Snapdragon 7c+ Gen 3 prosessoru Snapdragon X52 5G modemi ilə təchiz olunub və 2 diapazonlu 5G şəbəkələri dəstəkləyir. Prosessorun sahib olduğu bu modemin sürəti isə saniyədə 3.7 Gbit təşkil edir. Snapdragon 7c+ Gen 3 prosessoru da Wi-Fi 6 və 6E texnologiyalarının dəstəklərini əldə edib. Prosessorda ətraf səs-küyün boğulma sisteminin dəstəyi reallaşdırılıb və bu sistem süni zəka əsasında çalışır. Bununla yanaşı Snapdragon 7c+ Gen 3 modeli Full HD+ keyfiyyətinə kimi olan ekranları və 64 MP-ə kimi olan kamera sensorlarını dəstəkləyir. Sözügedən model də Windows 11 ilə uyğunlaşa bilir. Təqdim edilmiş yeni prosessorlara sahib noutbukların gələn ilin birinci rübündə satışa çıxacaqları gözlənilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Həvəskar şəxs keçən əsrin noutbukunda bitcoin mayninqini işə sala bilib

İlk noutbuklar 1980-ci illərdə işıq üzü görüblər. Həmin zamanlarda satışa çıxmış noutbuklardan indik..


Samsung AMD qrafikalı Exynos 2200 flaqman prosessorunu təqdim edib

Uzun müddətlik aradan sonra Samsung şirkəti Exynos 2200 flaqman prosessorunu təqdim edib.


Meta şirkətinin ilk smart saatı barəsində yeni məlumatlar ortaya çıxıb

Let’s Go Digital saytı Meta şirkətinin ilk smart saatı ilə bağlı patentini aşkar edib. Aşkar edilmiş..


Bu ilin sonunda smart silahlar satışa çıxacaqlar

Silah istehsalı ilə məşğul olan bir neçə şirkət bu ilin sonunda smart silahları satışa çıxardacaqlar..


Apple qarışıq reallıq cihazının hazırlanma mərhələsində texniki problemlər ilə q..

İnternetdə artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Apple şirkəti özünün ilk qarışıq reallıq (AR + V..


Dünyanın su üzərindəki ən böyük günəş elektrostansiyası istifadəyə verilib..

Huaneng Power International (HPI) şirkəti Çinin şərqində yerləşən Şantun adlı vilayətdə günəş elektr..

×