Qualcomm bundan sonra öz prosessorlarını fərqli tərzdə adlandıracaq

Qualcomm bundan sonra öz prosessorlarını fərqli tərzdə adlandıracaq

Texnologiya
23.11.2021 PAYLAŞIM

    Qualcomm şirkəti yeni flaqman prosessorunun təqdimat tarixini təsdiqləməklə yanaşı öz məhsullarının adlandırılmasında baş verəcək yeniliklərdən danışıb. Beləliklə bundan sonra Qualcomm prosessorları fərqli prinsip üzrə adlandırılacaqlar. Verilmiş məlumata əsasən Qualcomm-un yeni flaqman prosessoru Snapdragon 8 Gen 1 adını əldə dəcək. Daha əvvəl güman edilirdi ki, yeni flaqman prosessor Snapdragon 898 adını əldə edəcək. Lakin şirkət bu cür adlandırmadan imtina edib. Bununla yanaşı şirkət bildirib ki, bundan sonra onun prosessorlarının adlarının qarşısında 5G nişanı əks olunmayacaq. Çünki buna artıq ehtiyac yoxdur. Belə ki, şirkətin aktual olan bütün prosessor modelləri artıq 5G dəstəyi ilə birlikdə istehsal olunurlar.


    Qualcomm bildirib ki, o öz yeni prosessorlarının loqolarında rəngli nişanlardan istifadə edəcək. Bunun sayəsində şirkət prosessorları ilkin, orta və flaqman səviyyəli prosessorlara ayıracaq. Şirkət öz prosessorlarında qızılı, tünd boz, qara və qırmızı rəngli nişanlardan istifadə etməyi planlaşdırır. Hansı rəngin hansı səviyyəli prosessora aid ediləcəyi barəsində məlumat verilməyib. Qeyd etmək lazımdır ki, Snapdragon 8 Gen 1 prosessorunun təqdimatı 30 noyabr tarixində start götürəcək Qualcomm Tech Summit 2021 tədbiri çərçivəsində təqdim ediləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İsveçrə hökuməti intihar etmək üçün nəzərdə tutulmuş xüsusi kapsulların istifadə..

Exit International şirkəti intihar etməkdə yardımçı olmaq üçün nəzərdə tutulmuş xüsusi kapsulların h..


Apple şirkətinin ilk AR cihazının əsas özəllikləri barəsində məlumatlar verilib..

Ortaya çıxmış bir çox məlumata əsasən Apple şirkəti gələn il özünün ilk AR cihazını (Artırılmış Real..


Nəyə görə Qualcomm-un yeni prosessoru Snapdragon 8 Gen 1 adını əldə edib?..

Keçən həftə Qualcomm şirkəti Snapdragon 8 Gen 1 adlı yeni flaqman prosessorunu təqdim etmişdi...


Realistik üz mimikalarına sahib Ameca adlı robot sərgilənib (VİDEO)

İnsana bənzəyən robotlar bazarda artıq yeni bir şey hesab edilmir. Məsələn məşhur Boston Dynamics şi..


Qualcomm noutbuklar üçün nəzərdə tutulmuş yeni prosessorlarını təqdim edib..

Smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 8 Gen 1 prosessorundan sonra Qualcomm şirkəti noutbukla..


Tesla uşaqlar üçün Cyberquad adlı 4 təkərli motosikli təqdim edib - QİYMƏTİ (VİD..

Tesla şirkəti 2019-cu ildə Cybertruck pikapı ilə birlikdə Cyberquad adlı 4 təkərli motosikli də təqd..

×