Qualcomm büdcəli flaqman smartfonlar üçün 8 nüvəli Snapdragon 870 prosessorunu təqdim edib
Elm & Texnologiya
20.01.2021
Farid Pardashunas
Qualcomm şirkəti heç gözlənilmədən Snapdragon 870 adlı yeni mobil prosessoru təqdim edib. Təqdim edilmiş yeni Snapdragon 870 prosessoru Snapdragon 865+ ilə Snapdragon 888-in arasındakı yeri tutub və büdcəli flaqman smartfonlar üçün nəzərdə tutulub. Bu barədə 4pda saytı xəbər verib. Beləliklə Snapdragon 870 modeli 7 nanometrlik texnoloji proses əsasında hazırlanıb və faktiki olaraq Snapdragon 865-in daha sürətləndirilmiş versiyası hesab edilir.
Onun mərkəzi prosessoru 3.2 GHz tezlikdə çalışan 1 ədəd yüksək performanslı Cortex-A77 nüvəsinə, 3 ədəd adi Cortex-A77 nüvəsinə və 4 ədəd Cortex-A55 nüvəsinə sahibdir. Qrafik özəlliklərdən isə Snapdragon Elite Gaming texnologiyasını dəstəkləyən Adreno 650 çipi cavabdehdir. Adreno 650-nin əvvəlki modellərdən nə dərəcədə güclü olması barədə Qualcomm bir məlumat verməyib. Maraqlısı ondadır ki, Snapdragon 870 modeli Snapdragon 865+ modelindən təkcə nüvələrin tezlikləri ilə deyil həmçinin dəstəklənən şəbəkə standartları ilə də fərqlənir.
Belə ki, Snapdragon 865+ modeli Wi-Fi 6E standartını dəstəklədiyi halda Snapdragon 870 modeli yalnız Wi-Fi 6 dəstəyinə sahibdir. Digər bütün özəlliklər üzrə bu iki prosessor bir-birinə bənzəyir. Belə ki, Snapdragon 870 də 144 Hz-lik təsvir yenilənməsinə sahib ekranları, 200 MP-ə qədər olan kameraları, saniyədə 30 kadr sürətlə 8K videoların çəkilməsini dəstəkləyir və dinamik HDR10+ diapazonu ilə çalışmağı bacarır. Snapdragon 870-ə sahib ilk smartfonlar artıq yaxın zamanda təqdim olunacaqlar. OnePlus, Motorola, Xiaomi və OPPO kimi şirkətlər bu prosessordan istifadə edəcəklərini artıq elan ediblər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək