main-post-cover

    Qualcomm 5G dəstəkli yeni Snapdragon 780G prosessorunu təqdim edib

    Elm & Texnologiya
    25.03.2021
    Farid Pardashunas
        Qualcomm şirkəti 5G dəstəkli yeni Snapdragon 780G prosessorunu təqdim edib. Təqdimat çərçivəsində şirkət həmçinin bu prosessoru ilk əldə edəcək smartfonun adını da açıqlayıb. Beləliklə Snapdragon 780G-ni ilk əldə edəcək smartfon Xiaomi Mi 11 Lite 5G olacaq. Snapdragon 780G prosessoru 5 nanometrlik texnoloji proses əsasında hazırlanıb. Snapdragon 888-dən fərqli olaraq bu yeni prosessor yüksək performanslı ARM Cortex-X1 nüvəsini əldə etməyib.
        Snapdragon 780G-nin arxitekturası özündə 2.4 GHz tezlikdə çalışan 2 ədəd yüksək performanslı Cortex-A78 nüvəsini və 1.78 GHz tezlikdə çalışan 6 ədəd Cortex-A55 nüvəsini birləşdirir. Prosessorda olan 6-cı nəsil Qualcomm AI Engine mühərriki isə prosessorun gamer imkanlarının genişləndirilməsi üçün nəzərdə tutulub. Yeni prosessora inteqrasiya edilmiş Adreno 642 qrafik çipi öz növbəsində Snapdragon Elite Gaming texnologiyasının dəstəyini və drayverlərin yenilənməsi imkanını əldə edib.
        Bununla yanaşı prosessorun daxilinə Snapdragon X53 5G modemi yerləşdirilib. Sözügedən modem məlumatların saniyədə 3.3 Gbit sürətlə yüklənməsini təmin edir. Təsvirlərin emal olunması üçün nəzərdə tutulmuş Spectra 570 prosessoru eyni anda 3 kamera sayəsində kadrı əhatə edə və HDR ilə HDR10+ dəstəkli 4K videoların çəkilişini reallaşdıra bilir. Snapdragon 780G həmçininin Wi-Fi 6 standartının dəstəyinə də sahibdir. Sözügedən prosessoru əldə edəcək smartfonların bu ilin ikinci rübündə təqdim olunacaqları gözlənilir. Xiaomi Mi 11 Lite 5G modelinə gəldikdə isə onun təqdimatı 29 mart tarixində baş tutmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər