main-post-cover

    Qlobal smartfon satışları aşağı düşüb: Lakin Çin şirkətləri yüksəliş sərgiləyirlər

    Elm & Texnologiya
    29.08.2019
    Farid Pardashunas
        Gartner adlı konsaltinq şirkəti bu ilin ikinci maliyyə rübü üzrə qlobal smartfon bazarının tədqiqat nəticələrini təqdim edib. Məlumatda qeyd olunub ki, təzyiqlərə və sanksiyalara baxmayaraq Çindən olan smartfon istehsalçılarının smartfon bazarındakı payları getdikcə artır, digər istehsalçıların satışları isə aşağı düşürlər. Bu barədə Gagadget saytı xəbər verib. Bu ilin aprel ayından iyun ayına kimi ümumilikdə 367.9 milyon smartfon satılıb. Bu isə keçən il eyni vaxt kəsiyində olmuş göstəricidən 1.7% aşağıdır.
        Daha çox flaqman smartfonlara olan tələbat aşağı düşüb. Mütəxəssislər bunu onunla əlaqələndirirlər ki, istehsalçılar orta və büdcəli smartfon modellərini də artıq yaxşı texniki göstəricilər ilə təchiz edirlər. Buna misal olaraq çərçivəsiz ekranları, çoxlu sayda kamera modullarını və böyük həcmli batareyaları gətirmək olar. Əvvəllər isə bu özəlliklər yalnız flaqman smartfon modellərində olurdular. Smartfon bazarının 20.4%-ni tutmaqla birinci yerdə Samsung şirkəti qərarlaşıb.
        İkinci yeri Huawei şirkəti tutur. Keçən il onun bazardakı payı 13.3% təşkil etmişdi. Nəticədə onun bazardakı payı 2.5% yüksələrək 15.8% təşkil edib. Apple şirkətində göstəricilərin aşağı düşməsi isə daha çox nəzərə çarpır. Belə ki, şirkət bu siyahıda üçüncü yeri tutub. Onun hal hazırda bazardakı payı 10.5% təşkil edir. Halbu ki, Apple keçən il smartfon bazarının 11.9%-nə sahib idi. Əgər hər şey belə davam etsə Apple şirkəti ilk top üçlükdən çıxacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər