main-post-cover

    Qazaxstan hökuməti Rusiya raketlərinin yerinə Falcon 9-u seçdi

    Elm & Texnologiya
    07.11.2018
    Farid Pardashunas
        Qazaxstanın paytaxtı Astanada kosmik peyklərin Baykonurdan deyil, Kaliforniyanın Vandenberq adlı hərbi bazasından kosmosa göndərilməsi qərarı verilib. Beləliklə Qazaxstan hökuməti Rusiya Federasiyasının dövlət aerokosmik şirkətlərinin yerinə SpaceX şirkətini seçib. Belə ki, şirkətin Falcon 9 raketi ilə kosmosa kosmik peyklərin göndərilməsi daha ucuz başa gəlir. Nəticədə Qazaxstan hökuməti SpaceX şirkəti vasitəsilə özünün 2 kosmik peykini kosmosa göndərəcək.
        İlk olaraq ölkə özünün elmi məqsədli KazSaySat və texnoloji peyki KazistiSat-ı Falcon 9 raketi vasitəsilə kosmosa göndərəcək. Beləliklə Qazaxstan Rusiya Federasiyasının Soyuz Proton adlı raketlərindən imtina edib. Qazaxstanın müdafiə və aerokosmik sənayesi nazirliyinin mətbuat katibinin verdiyi məlumata əsasən bu cür seçim məhz kommersiya məsələləri səbəbilə verilib. Belə ki, SpaceX bu məsələdə daha sərfəli təklif təqdim edib.
        “Falcon 9 vasitəsilə uçuşun reallaşdırılması daha ucuz başa gəlir. Nəticədə reallaşdırılacaq uçuşun yekun qiymətini açıqlaya bilmərəm. Bu, kommersiya sirridir. Bizdən bunun bildirilməməsində SpaceX şirkəti xahiş edib” – deyə mətbuat katibi bildirib. Lakin buna baxmayaraq Qazaxstanın müdafiə və aerokosmik sənayesi naziri yenə də yekun qiyməti açıqlayıb. Beləliklə Qazaxstana Elon Musk-ın şirkətinin xidmətləri 1.3 milyon dollara başa gələcək. Beləliklə Qazaxstanın kosmik peyklərinin uçuşları 20 Noyabr tarixində Kaliforniyanın Vandenberq hərbi bazasından reallaşdırılacaq. Bu isə o deməkdir ki, Rusiya Federasiyasının kosmik sənayesi ABŞ-ın bu sahədə olan özəl şirkətlərinə uduzur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər