main-post-cover

    Qatlana bilən Samsung W20-nin fotoları və texniki özəllikləri ortaya çıxdı

    Elm & Texnologiya
    11.11.2019
    Emil Nəcəfov
        Hələ bir neçə müddət bundan öncə güman edilirdi ki, Samsung W20 smartfon modeli standart qapaqlı flaqman smartfon olacaq. Lakin bir neçə gün bundan öncə ortaya çıxmış məlumat sızıntısı bu smartfonun daha fərqli duzayn əldə edəcəyini təsdiqlədi. İndi isə sözügedən smartfon Çinin TENAA adlı telekommunikasiya agentliyində sertifikatlaşdırmadan keçib. Beləliklə Samsung W20-nin fotoları və texniki özəllikləri ortaya çıxıb. Bu barədə Gizchina saytı xəbər verib.
        Beləliklə son məlumat sızıntısında olduğu kimi Samsung W20 smartfonu xarici görünüşcə bir neçə müddət bundan öncə satışa çıxmış qatlana bilən Galaxy Fold modelinin kopyası olacaq. Belə ki, smartfon üfüqi istiqamətdə kitab formasında qatlana biləcək və iki ədəd ekrana sahib olacaq: 4.6 düym xarici ekran və təqribi olaraq 7.3 düym daxili ekran.
        Xarici görünüşdə olan əsas fərqlərdən onu qeyd etmək olar ki, Samsung W20-nin arxa panelindəki üç kamera modulundan ayrıca bir ədəd də əlavə kamera modulu yerləşdirilib və onun hansı funksiyanı yerinə yetirəcəyi bilinmir. Smartfonun texniki göstəriciləri barəsində məlumat azdır. Son məlumat sızıntılarına əsasən smartfon Snapdragon 855 Plus prosessoru, 8/12 GB RAM və 4135 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bununla yanaşı Samsung W20 modeli 5G şəbəkə dəstəyini də əldə edəcək. Smartfonun 19 noyabr tarixində təqdim olunacağı planlaşdırılır.
    Linki kopyala