main-post-cover

    Qatlana bilən Motorola RAZR smartfonunun daha bir versiyası hazırlanır

    Elm & Texnologiya
    25.01.2020
    Emil Nəcəfov
        Qatlana bilən Motorola RAZR smartfonu hələ satışa çıxmayıb, lakin şirkət artıq onun daha bir versiyası üzərində çalışır. Bu barədə GSMarena saytı xəbər verib. Məlumatda qeyd edilib ki, yeni versiya adi versiyadan bir özəlliyə görə fərqlənəcək. Belə ki, yeni versiya 5G şəbəkə dəstəyini əldə edəcək. Qeyd etmək lazımdır ki, adi Motorola RAZR modeli Snapdragon 710 prosessoru ilə təchiz olunur.
        Həmin prosessor isə 5G şəbəkə dəstəyinə sahib deyil. Bu isə o deməkdir ki, smartfonun yenilənmiş versiyası daha müasir prosessor ilə təchiz olunacaq. Yenilənmiş modelin hansı prosessor modelinə sahib olacağı barəsində bir məlumat yoxdur. Bu, Snapdragon 765G, MediaTek Dimensity və ya Samsung istehsalı prosessor ola bilər.
        Motorola RAZR 5G modeli mart ayında Çinin Uhan şəhərində keçiriləcək 3rd China Industrial Design Exhibition sərgisində təqdim olunmalıdır. Smartfonun 5G şəbəkə dəstəkli versiyasının istehsalı da həmçinin Uhanda yerləşən zavodda aparılacaq. Qeyd etmək lazımdır ki, adi Motorola RAZR modelinin satışlarına 6 fevral tarixində ABŞ-da start veriləcək. Lakin smartfonun 5G versiyası çox güman ki, eksklüziv olaraq Çin bazarında satılacaq.
    Linki kopyala