main-post-cover

    Qatlana bilən Motorola Razr ilin sonuna kimi təqdim olunacaq

    Elm & Texnologiya
    30.09.2019
    Emil Nəcəfov
        Motorola şirkətinin qatlana bilən Razr smartfon modeli üzərində çalışması barəsində məlumat hələ bu ilin əvvəlində ortaya çıxmışdı. Həmin vaxtda güman edilirdi ki, smartfon yay fəslində satışa çıxacaq. Lakin bu belə olmadı. Buna baxmayaraq şirkət bu smartfondan imtina etməyib və hələ də onun təqdimatına hazırlaşır. CNET saytının verdiyi məlumata əsasən şirkət sözügedən smartfonu ilin sonuna kimi təqdim etməyi və gələn il satışa çıxartmağı planlaşdırır.
        Qeyd etmək lazımdır ki, Motorola artıq təsdiq edib ki, yeni smartfon modeli məhz Razr adını əldə edəcək. Bununla yanaşı bu cür ada sahib smartfon Bluetooth SIG saytında da ortaya çıxıb. Cihaz Voyager kod adına sahibdir. Son məlumat sızıntılarına əsasən o, 2142x876 piksel keyfiyyətli 6.2 düym əsas ekran, 800x600 piksel keyfiyyətli əlavə ekran (bildirişlər üçün), Snapdragon 710 prosessoru, 4/6 GB RAM və 27 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 2750 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. 
    Linki kopyala