main-post-cover

    Qatlana bilən Huawei Mate X'in unboxing videosu ortaya çıxıb (VİDEO)

    Elm & Texnologiya
    14.10.2019
    Emil Nəcəfov
        Huawei şirkətinin ilk qatlana bilən smartfon modeli Mate X-in satışa çıxmasına az müddət qalmış artıq internetdə onun unboxing videosu ortaya çıxıb. Çinli insayderlər smartfonun özündən başqa onun komplektinə daxil olacaq aksessuarları da sərgiləyiblər. Onların arasında ən maraqlısı isə smartfon üçün nəzərdə tutulmuş qeyri adi keys olub. Bu barədə Mydrivers saytı xəbər verib. Beləliklə videodan da görmək olar ki, smartfon qutunun daxilində tam açılmış şəkildə yerləşdirilib.
        Qutunun enli olması da bunu sübut edir. Təqdim edilmiş videonun müəllifi smartfonun qatlanma prosesini və konstruksiya bloklayıcısı düyməsinin işini sərgiləyib. Həmin bloklayıcı düymə isə öz növbəsində smartfondan kompakt şəkildə istifadə zamanı onun anidən tam açıq formaya keçməsinin qarşısını alır. Komplektə şarj cihazı və USB naqildən əlavə olaraq xüsusi keys də daxildir. Həmin keys adi portmanata bənzəyir.
        Lakin smartfon həmin keysin daxilində yerləşən zaman istifadəçi ondan istifadə edə bilməz. Bunun üçün smartfonu keysdən çıxarmaq lazımdır. Hələ bir neçə müddət bundan öncə şirkətin istehlakçı biznesinin rəhbəri Richard Yu bildirmişdi ki, Mate X artıq satışa çıxmağa hazırdır. Bugün isə bir sıra insayderlər xəbər veriblər ki, smartfon bu ayın sonunda satışa çıxacaq. Smartfonun iki versiyasının satışa çıxması gözlənilir. Onlardan biri Kirin 980 prosessoru, digəri isə Kirin 990 prosessoru ilə təchiz olunacaq. 
    Linki kopyala