main-post-cover

    Qatlana bilən Galaxy Z Flip-in texniki özəllikləri barəsində yeni məlumatlar verilib

    Elm & Texnologiya
    24.01.2020
    Farid Pardashunas
        XDA-Developers saytının redaktoru qatlana bilən Galaxy Z Flip smartfon modeli barəsində məlumat verməyə davam edir. Yeni məlumata əsasən keçən ilin noyabr tarixində təqdim edilmiş Motorola RAZR dizaynında hazırlanacaq Galaxy Z Flip smartfonu 6.7 düym Dynamic AMOLED ekran ilə təchiz olunacaq və ekranın özü Samsung Ultra Thing Glass texnologiyasına sahib olacaq. Bununla yanaşı smartfon 15 vatt gücündə sürətli şarj texnologiyalı 3300-3500 mAh enerji tutumlu batareyaya da sahib olmalıdır.
        Yeni məlumatda qeyd edilib ki, Galaxy Z Flip smartfonu naqilsiz şarj texnologiyasını və ikitərəfli şarj texnologiyasını dəstəkləyəcək. Smartfon keçən ilki Snapdragon 855+ prosessoru vasitəsilə çalışacaq və 256 GB daxili yaddaş həcmi, 12 MP + 2 MP ikili arxa kamera ilə təchiz olunacaq. Barmaq izi skanı tenxologiyası smartfonun kənar hissəsində yerləşdiriləcək. Qeyd etmək lazımdır ki, Galaxy Z Flip smartfonu 11 fevral tarixində Galaxy S20 flaqman smartfon seriyası ilə birlikdə təqdim edilməlidir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər