main-post-cover

    Qapaqlı premium Samsung W20-nin təqdimat tarixi barəsində məlumat verildi

    Elm & Texnologiya
    21.10.2019
    Farid Pardashunas
        Biz artıq xəbər vermişdik ki, Samsung şirkəti qapaqlı premium smartfon modeli üzərində çalışır. İndi isə bu smartfon barəsində bəzi məlumatlar ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib. Teme ləqəbli insayder sözügedən smartfonun tizer fotosunu paylaşıb. Fotodan da görmək olar ki, sözügedən smartfon Samsung W20 adını əldə edəcək. Smartfon 5G şəbəkə dəstəyini əldə etməlidir. Bununla yanaşı məlumatlara əsasən W20-nin ekranı şüşə materialdan hazırlanmış örtük ilə əhatə olunacaq. Bununla yanaşı smartfon Snapdragon 855 prosessoru, 12 GB RAM, 512 GB daxili yaddaş həcmi və AMOLED ekran əldə etməlidir. İnsayderin verdiyi məlumata əsasən Samsung şirkəti öz qapaqlı premium smartfon modelini gələn ay təqdim edəcək. Təqdimat tədbiri Çində baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər