PUBG Mobile iOS və Android üçün çıxdı
Elm & Texnologiya
20.03.2018
Nijat Hamid
Çıxışı ilə CS: Go və Dota 2 kimi oyunları gölgəsində buraxan PUBG və ya PlayerUnknown's Battlegrounds oyunu bir çox insan tərəfindən çox sevildi. "Battle Royale" növ dediyimiz oyunlara elə maraq yayıldı ki, mobil cihazlarda PUBG bənzəri oyunlar çıxdı. Bir müddət əvvəl oyunu istehsal edən şirkət bildirdi ki, PUBG-nin mobil versiyası üzərində işləyirlər. Və nəhayət ki, mobil versiya çıxdı.
PUBG Mobile iOS və Android üçün çıxış etdi. 706 MB həcmindəki oyun minimum 2 gb Ram tələb edir.
Əslində bu günlərə qədər oyun yalnızca Çində yayımlanmışdı. Oyunu yükləmək üçün bir sıra tətbiqləri yoxlamalı idiniz və ayrıca oyunda yalnızca Çin dili var idi. Bu gün etibarı ilə oyun dunyanın əksər ölkələrində istifadəyə açıqdı. Oyunun PC versiyasında olduğu kimi Mobil versiyasında da "Unreal Engine 4" oyun motoru üzərində hazırlanıb. Ayrıca 8 km-lik Miramar adındakı oyun xəritəsi PUBG Mobile- daxil edilib. PUBG- nin mobil versiyasının ən böyük fərqi pulsuz olmasıdır. 100- nəfərə qədər dəstək verən oyun hər həftə yenilənməyə davam edəcək.
Sizcə komputerlərdə olduğu kimi mobil cihazlarda da eyni uğuru qazana biləcəkmi ?
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!