main-post-cover

    Pocophone F2 barəsində yeni məlumat ortaya çıxdı

    Elm & Texnologiya
    13.01.2020
    Farid Pardashunas
        2018--ci ilin yay fəslində Xiaomi şirkətinin özünü Poco adlı brendini və brendin ilk smartfon modeli olan Pocophone F1-i təqdim etmişdi. Nəticədə Pocophone F1 flaqman texniki özəlliklərə və aşağı qiymət göstəricisinə sahib olmaqla Xiaomi-nin ən məşhur smartfon modellərindən biri oldu. Lakin buna baxmayaraq Pocophone F1-in davamçısı hələ də təqdim olunmayıb.
        Yeni çıxmış məlumata əsasən isə Pocophone F2 istənilən halda işıq üzü görəcək. Bu barədə Gizmochina saytı xəbər verib. The tech guy ləqəbli insayder Xiaomi dokumentasiyalarının screenshotlarını təqdim edib. Həmin dokumentasiyalardan da görmək olar ki, Xiaomi şirkəti Çinin ticarət nişanları üzrə idarəetmə agentliyinə Poco F2 markasının istifadəsi üçün sorğu göndərib.
        Qeyd etmək lazımdır ki, 2018-ci ilin yay fəslində şirkət buna bənzər sorğunu həmin agentliyə göndərmmişdi. Lakin həmin vaxtda Poco F1 markasının istifadə sorğusundan söhbət gedirdi. Ortaya çıxmış sorğunu Xiaomi şirkətinin  Pocophone F2 üzərində çalışması üzrə sübut kimi qəbul etmək olar. Çox güman ki, şirkət smartfonu bu il təqdim edəcək. Lakin dəqiq tarix barəsində heç bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər