main-post-cover

    Poco Xiaomi-dən ayrılaraq müstəqil brendə çevrildi

    Elm & Texnologiya
    17.01.2020
    Emil Nəcəfov
        Keçən ilin yanvar ayında Redmi Xiaomi-dən ayrılaraq müstəqil brendə çevrilmişdi. İndi isə növbə gəlib daha bir brendə çatdı. Söhbət, Xiaomi-nin Poco adlı brendindən gedir. Belə ki, Xiaomi-nin Hindistan üzrə şöbəsinin rəhbri Manu Kumar Jain qeyd edib ki, Poco bugündən etibarən Xiaomi-dən ayrılır. Onun sözlərinə əsasən sözügedən brend o qədər böyüyüb ki, onun müstəqil olmasının zamanı gəlib çatıb.
        Şirkətin hətta fərdi saytı da istifadəyə verilib. Qeyd etmək lazımdır ki, Poco brendi indiyənə kimi yalnız 1 ədəd smartfon modelini satışa çıxardıb. Söhbət, Pocophone F1-dən gedir. Sözügedən smartfon 2018-ci ildə satışa çıxmışdır. Flaqman texniki göstəricilər və 300$ qiymət göstəricisi sayəsində Pocophone F1 smartfonu alıcılar arasında çox məşhur olmuşdu. 
    Linki kopyala