Poco X2 smartfon modelinin dəqiq təqdimat tarixi məlum oldu
Elm & Texnologiya
27.01.2020
Emil Nəcəfov
Xiaomi şirkətinin artıq müstəqil brendi kimi fəaliyyət göstərən Poco sonunda öz yeni smartfon modelinin dəqiq təqdimat tarixini elan etdi. Söhbət, Poco X2 smartfon mdoelindən gedir. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə Poco brendinin verdiyi rəsmi məlumata əsasən Poco X2 smartfon modeli 4 fevral tarixində Hindistanda təqdim olunacaq.
Qeyd etmək lazımdır ki, son məlumata əsasən Poco X2 smartfonu keçən ay təqdim edilmiş Redmi K30 4G smartfon modelinin qlobal versiyası olacaq. Gözləntilərə əsasən Poco X2 Full HD+ keyfiyyətli 6.67 düym IPS LCD ekran ilə təchiz olunacaq. Ekranın özü isə 120 Hz təsvir yenilənməsinə sahib olacaq. Bununla yanaşı smartfon Snapdragon 730G prosessoru, 6/8 GB RAM, 4 ədəd arxa kamera, 30 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya və NFC modul ilə təchiz olunmalıdır.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!