main-post-cover

    Playstation VR2 barəsində yeni rəsmi məlumatlar verilib

    Elm & Texnologiya
    27.07.2022
    Farid Pardashunas
        Sony şirkəti öz yeni virtual reallıq cihazı olan Playstation VR2 barəsində yeni məlumatları təqdim edib. Şirkət yeni məhsulunun funksiyaları və özəllikləri barəsində məlumatlar verməklə potensial alıcıların diqqətlərini cəlb etməyə çalışır. Beləliklə verilmiş məlumata əsasən PS VR2-dən istifadə edərək istifadəçi cihaza inteqrasiya edilmiş kameralar vasitəsilə ətraf mühiti skan edərək real dünyanı da idarə edə biləcək. Bunun vasitəsilə istifadəçi məsələn VR cihazı baş hissəsindən çıxartmadan idarəetmə aksesuarlarını tapa biləcək. Bunu sadəcə olaraq VR cihazdakı xüsusi düyməyə klikləmək və ya idarəetmə mərkəzindəki xüsusi bölmədən istifadə edərək 3D dünyadan real dünyaya keçidi reallaşdırmaqla etmək olar.
        İdarəetmə mərkəzində olan xüsusi bölmələr həmçinin PS VR2-nin sürətli ayarlarına keçid imkanını verirlər. Buna misal olaraq oyun zonasının adaptasiya ayarlanmalarını gətirmək olar. Daha bir vacib funksiya istifadəçinin oyun mühitində olduğu zaman özünü çəkə bilməsidir. Bu, PS5-ə qoşulu olan PS5 HD Camera vasitəsilə reallaşdırılır. Bu özəllik öz növbəsində istifadəçiyə oyundakı maraqlı anları digərləri ilə bölüşmək imkanını verəcək. Oyun zonasının ayarlanması prosesi həm VR cihazdakı kameralar həm də idaretmə aksesuarları vasitəsilə reallaşdırıla bilər. Bu halda VR cihazın kameraları otağı skan edir, PS VR2 Sense adlı idarəetmə aksesuarları isə ətraf mühitin özəllikləri və oyunçunun oyun tərzi əsasında oyun zonasının sərhədlərini daha dəqiq təyin etməyə imkan verir. Beləliklə oyun zamanı istifadəçi oyun zonasının öncədən təyin edilmiş sərhədinə yaxınlaşdıqda bu barədə xəbərdarlıq əldə edəcək.
        Ətraf mühitin özəlliklərindən asılı olaraq ayarlanmanı istənilən an dəyişmək mümkündür. Oyun zonasının ayarları istifadəçinin yeni otağa keçid etmədiyi zamana qədər yaddaşda olaraq qalırlar. İstifadəçilərə həmçinin VR və kinematoqrafik rejmlər arasında keçid etmək imkanı da veriləcək. VR rejimdə istifadəçilər 360 dərəcəlik bucaq əhatəsi vasitəsilə virtual mühitdəki virtual kontentlərlə qarşılıqlı əlaqədə ola biləcəklər. Bu rejim çərçivəsində kontentlər 90 və ya 120 Hz-lik təsvir yenilənməsi ilə 4000x2040 piksel keyfiyyətində təqdim olunacaqlar. Kinematoqrafik rejimdə isə istifadəçilər VR ilə əlaqəli olmayan oyunlarla qarşılıqlı əlaqədə olacaqlar. Bu rejim çərçivəsində kontentlər 60 və ya 120 Hz-lik təsvir yenilənməsi ilə 1920x1080 piksel keyfiyyətində sərgilənəcəklər. PS VR2-nin nə zaman satışa çıxacağı barəsində məlumatı Sony yaxın gələcəkdə təqdim edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər