
“Sony”nin yeni oyun konsolu Playstation 5 üçün təqdimat tarixi mövzusunda yeni hesabatlar ortaya çıxmağa başladı.
NES 30 yaşını qeyd edir!
2013-ci ildə Playstation 4-ün təqdimatını reallaşdıran Sony, oyunçuları yeni texnologiyalar
ilə görüşdürmək üçün ötən il Slim və Pro-nun yanında PlayStation VR ilə
oyunçuların qarşısına çıxdı.
Yeni Playstation modellərinin satışları davam edərkən, bir tərəfdən də Sony-nin 4K oyun və əyləncə mərkəzli 9-cu nəsil oyun konsolu Playstation 5 üçün hazırlıqları davam edir.
Texniki xüsusiyyətləri yavaş yavaş dəqiqləşməyə başlayan yeni oyun konsolunun, təqdimat tarixi haqqında analitiklər tərəfindən yeni şərhlər edilir.
Daha əvvəl edilən açıqlamalarda Playstation 5-in təqdimatı üçün 2018-ci il işarə edilərkən, oyun konsolları haqqında etdiyi təxminlər ilə tanınan “Michael Pachter”, konsolun 2019 və ya 2020-ci ildə qarşımıza çıxacağını ifadə edir.
Sony-nin 2019-cu ili planladığını və Playstation 5-in, PS4 Pro-ya bənzər bir şəkildə orta səviyyədə bir yüksəltmə olaraq qiymətləndirilə biləcəyini ifadə edən Pachter, şirkətin 4K TV bazarının inkişafını gözlədiyini ifadə edir.
4K televiziyaların 2019-ci ildə dünya daxilində 35 faizlik bir bazar payına çatmasının gözlənildiyini ifadə edən analitiklərə görə, Playstation 5-in təqdimatının sektorda yaşanan inkişaflara görə 2020-ci ilə salınma ehtimalı da var.
Şərh yoxdur