main-post-cover

    Performans testlərində hiylə edən MediaTek-ə Qualcomm-dan cavab gəldi

    Elm & Texnologiya
    15.04.2020
    Nijat Hamid
            Günlər onca xəbərini yazdığımız MediaTek şirkətinin smartfonlar üçün olan benchmark performans testlərində hiylə istifadə etməsinə Qualcomm şirkətindən cavab gecikmədən gəldi. Bilindiyi üzrə MediaTek performans testlərini tətbiq edən proqramların istifadəsi zamanı sistem daxilində whitelist adında mətn faylı yaradaraq 30% daha yüksək, lakin doğru olmayan nəticələri göstərirdi. Günahlandırıldığı zaman şirkət bunun normal olduğunu, bir çox rəqibinin hətta Qualcomm-un da belə etdiyini vurğulamışdı. Qualcomm rəsmiləri bu məsələyə bir cavab verdilər.

    Qualcomm rəsmiləri ekosistem içində MediaTek şirkətinin etdiyini hiylə olaraq qəbul edildiyini dedi.

            Qualcomm rəsmiləri bildirir ki, MediaTek şirkətinin etdiyi tamamilə hiylədir. Həmçinin qeyd edirlər ki, Qualcomm şirkət olaraq heç bir performans testində hiylə istifadə etməyibetməyəcək. Görünən odur ki, bu açıqlamalardan sonra MediaTek şirkətinin vəziyyəti daha kritik bir hal alacaq. Smartfon ekosistemində istifadəçilər onsuz da MediaTek prosessorlarını güvənmir sevmirdilər. Bu iddialardan sonra çox güman ki, smartfon istehsalçıları da MediaTek-dən uzaqlaşmağa başlayacaq.
    Linki kopyala