main-post-cover

    Pegatron şirkəti iPhone çiplərinin İndoneziyada istehsalına 1 milyard dollar investisiya yatıracaq

    Elm & Texnologiya
    29.05.2019
    Farid Pardashunas
        Tayvanın Pegatron şirkəti İndoneziyada inşa ediləcək zavoda 1 milyard dollar investisiya yatıracağını elan edib. Həmin zavod Apple şirkətinin iPhone smartfonları üçün çip istehsalı ilə məşğul olacaq. Gələcəkdə isə həmin zavodda həmçinin MacBook modelləri üçün də çip istehsal olunacaq. Bu barədə Macdigger saytı xəbər verib.
        Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə ortaya çıxmış xəbərdə qeyd olunmuşdu ki, Pegatron şirkəti iPad və MacBook modellərini məhz İndoneziyada istehsal edəcək. Çox güman ki, Apple şirkətinin istehsalatın müəyyən hissəsini İndoneziyaya keçirtməsinin əsas səbəbi ABŞ ilə Çin arasında olan ticarət müharibəsidir.
        Apple şirkəti ilə əməkdaşlıq edən digər istehsalçı şirkətlər də öz istehsalat regionlarını genişləndirirlər. Məsələn Foxconn ilə Wistron şirkətləri iPhone modellərinin Hndistanda istehsalına start veriblər. Bir neçə müddət bundan öncə Goldman Sachs investisiya bankının analitikləri bildirmişdilər ki, ABŞ ilə Çin arasında olan ticarət müharibəsi səbəbilə əgər Çin hökuməti Apple şirkətinin məhsullarını öz regionunda qadağan etsə Apple şirkəti öz gəlirlərinin 30%-ni itirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər