main-post-cover

    Pavel Durov yenidən Google və Apple şirkətlərini tənqid edib

    Elm & Texnologiya
    31.08.2021
    Emil Nəcəfov
        Telegram-ın yaradıcısı olan Pavel Durov-un təqdim etmiş olduğu yeni bəyanatda o, böyük texnoloji şirkətləri yenidən tənqid edib. Öz yeni bəyanatında Durov bildirib ki, böyük texnoloji şirkətlərin fəaliyyətləri istifadəçilərin azadlıqlarını məhdudlaşdırırlar. Bundan əlavə olaraq Durov qeyd edib ki, həmin texnoloji şirkətlər smartfonlardan istifadəçilərin izlənməsində istifadə edirlər. Durov əlavə edib ki, son 20 ildə texnologiyaların sürətlə inkişaf etmələrinə baxmayaraq istifadəçilər öz azadlıqlarının bir hissəsini itiriblər.
        Onun sözlərinə əsasən desentrəlizə olunmuş interneti və məhdudlaşdırılmayan bank sistemini süni zəka əsaslı izlənmə kameraları əvəz ediblər. ”Günümüzdə Google Apple şirkətləri bizim smartfonlarımızdakı tətbiqlər ilə məlumatları senzuraya məruz qoyurlar. Visa MasterCard isə bizim pul ilə əldə edə biləcəyimiz məhsulların və xidmətlərin saylarını məhdudlaşdırırlar. İldən-ilə biz öz həyatımız üzərindəki daha geniş idarəni və hakimiyyəti məsuliyyətsiz şirkət rəhbərlərinə təhvil veririk. Halbu ki, biz onları seçməmişdik” - deyə Durov qeyd edib. Durov əmindir ki, son 10 il ərzində insanlar daha az müstəqil olublar. 
    Linki kopyala