main-post-cover

    PARABOKT sosial mediada qalibin 1000 manat qazanacağı müsabiqəyə start verdi

    24.07.2017
    Farid Pardashunas
    Köhnə Parabank yenilənərək PARABOKT adıyla geri qayıdıb və bu yaxınlarda başlatdığı yeni müsabiqəsində öz geridönüşü ilə bağlı ən kreativ sosial media paylaşımını axtarır. 
    PARABOKT öz müsabiqəsində sosial mediada aktiv olan və özlərini yaradıcı adlandıran bütün kreativ istifadəçilərə səslənir.
    Nə etməlisiniz? 
    - PARABOKT-un geridönüşü mövzulu mem hazırlayın, GIF düzəldin və ya video çəkin.
    - #PARABOKTGERİDÖNDÜ hashtag-i ilə öz Facebook divarınızda public olaraq paylaşın.
    Nə qədər vaxtınız var?
    - Müsabiqənin ilkin mərhələsi 20 iyul 2017-ci il tarixində başlayır və 10 avqust tarixində bitir. 
    - Bu müddətin sonunda işlərinə ən yaradıcı, fərqli və diqqətlə yanaşmış 10 iştirakçı PARABOKT komandası tərəfindən müəyyənləşdirilmiş short list-ə düşür. 
    - Müsabiqənin ikinci mərhələsi isə 11 avqustda başlayır və 18 avqustda başa çatır. 
    - Bu müddət ərzində isə short list-ə düşmüş 10 iş PARABOKT-un Facebook səhifəsində yayımlanır.
    - PARABOKT-un Facebook səhifəsində yayımlandıqdan sonra, işi ən çox paylaşım (share) almış istifadəçi müsabiqənin qalibi olur.
    Qalibləri nələr gözləyir?
     - I yer 1000 manat
    - II yer 500 manat
    - III yer 300 manat
    PARABOKT müsabiqədə iştirak edəcək bütün sosial media istifadəçilərinə uğurlar arzulayır!
    #PARABOKTGERİDÖNDÜ
    #PARABOKTGERİDÖNDÜ
    PARABOKT ən kreativ sosial media paylaşımını axtarır! Açıq Brif; Salam dostlar! Bildiyiniz kimi “Parabank” yenilənərək “PARABOKT” adıyla geri döndü və bu videoçarxda sizə öz geridönüşümüzü təqdim edirik. Bəs sizcə geridönüş necə olmalıdır? Bu açıq brifdir. PARABOKT-un geridönüşü ilə bağlı işlərinizi gözləyirik
    Linki kopyala