Orta seqment üçün nəzərdə tutulmuş Huawei nova seriyası bu dəfə flaqman modeli nova 2s ilə gəldi
08.12.2017
Farid Pardashunas
“Huawei” şirkəti bu ilin əvvəlində satışa çıxartdığı nova 2 smartfonunun yeni versiyasını təqdim etdi.
Bu seriyanın nümayəndələri həmişə
orta seqment istifadəçilər üçün nəzərdə tutulurdu. Lakin təqdim olunmuş yeni
nova 2s bu qaydanı pozub. Belə ki, öz texniki özəlliklərinə görə nova 2s “Huawei”
tərəfindən ilin əvvəlində təqdim olunmuş smartfonlardan heç də geridə qalmır.
Beləliklə Huawei nova 2s 2160x1080 piksel keyfiyyətli 6 inç-lik erkana
sahibdir. Ekran həmçinin 2.5D qoruyucu şüşə ilə örtülüb, onun ətrafındakı çərçivələr
isə maksimal dərəcədə nazikdirlər. Əsas texniki göstəricilərə gəldikdə isə
smartfon 2.4 GHz tezlikli 8 nüvəli Kirin 960 prosessoru, Mali-G71 qrafik sürətləndirici,
4/6 GB RAM, 64/128 GB daxili yaddaş (256 GB-a kimi microSD dəstəkli) və 3340
mAh enerji tutumlu batareya ilə təchiz olunub.
Smartfon həmçinin biri 20 MP-lik
monoxrom, digəri isə 16 MP-lik rəngli olmaqla ikili arxa kameraya sahibdir.
f/1.8 diafraqması sayasində smartfon yaxşı işıqlandırılmamış mühitdə daha
keyfiyyətli fotolar çəkməyə imkan verir. Arxa kamera həmçinin sürətli faza
avtofokusuna və 4K formatlı videoçəkiliş özəlliyinə sahibdir. Ön paneldə isə
f/2.0 diafraqmalı 20 MP-lik və əlavə 2 MP-lik kamera var. Smartfon həmçinin USB
Type-C girişi və iki SIM kart dəstəyi ilə təmin olunub. 4 GB RAM və 64 GB
daxili yaddaşa sahib versiya 408$, 6 GB RAM və 64 GB daxili yaddaşa sahib
versiya 454$, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya isə 514$ qiymətinə
satılacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək