main-post-cover

    Oppo Find X dünyanın ən incə çərçivəli telefonu ola bilər

    Elm & Texnologiya
    18.06.2018
    Nijat Hamid
    Çinli markalardan olan Oppo'nun yeni modeli Find X ən incə çərçivəsi olan telefon olmağa namizəddir. Digər telefonlardan fərqli olaraq trendə uyğun davranmayıb çərtiksiz ekran ilə istifadəçiləri qarşılaması gözlənilən modelin ekran/gövdə nisbəti rekord dərəcədədir. Tanıdılmasına az müddət qalan model ilə bağlı bir neçə şəkil internetə sızdırıldı.
    Sızıntı məlumatları ilə məhşur olan Twitter istifadəçisi Ben Geskin Oppo Find X modelinin şəklini sızdırdı və qeyd edik ki, ekran/gövdə nisbəti 93.8% olacaq.     
    93.8% nisbəti mobil telefon bazarında rekord bir dəyərdir. Əgər deyilənlər doğrudursa, artıq tamamilə ekran adına uyğun tək model Oppo Find X olacaq. 19 İyun tarixində Parisda tanıdılacaq modellə bağlı ən maraqlı suallar ön kameranın, sensorların telefonun hansı hissəsində və necə yerləşdirilməsidir. Bu tarixdə Oppo şirkəti deyəsən öz adından bir xeyli söz etdirəcək.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər