OPPO enerjini hava vasitəsilə ötürən Wireless Air Charging adlı naqilsiz şarj texnologiyasını təqdim edib
Elm & Texnologiya
25.02.2021
Farid Pardashunas
Keçən ayın sonunda Xiaomi və Motorola şirkətləri özlərinin yeni nəsil naqilsiz şarj texnologiyalarını təqdim etmişdilər. Həmin texnologiyalar smartfonu şarj stansiyasının üzərinə qoymadan şarj etmək imkanını verirlər. İndi isə bu cür texnologiyanı MWC Shanghai 2021 sərgisi çərçivəsində OPPO şirkəti təqdim edib. OPPO-nun təqdim etdiyi texnologiya Wireless Air Charging adlanır. Texnologiyanın sərgilənməsində keçən ilin sonunda təqdim edilmiş OPPO X 2021 smartfonu iştirak edib. Videodan da görmək olar ki, sözügedən texnologiya smartfona enerjini müəyyən məsafədən ötürür.
Dəqiq rəqəmlər qeyd edilməsə də smartfon şarj stansiyasından 10 sm hündürlükdə olub. Başqa sözlə desək, smartfonu əldə tutan zaman şarj tansiyası enerjini ona rahatlıqla ötürə bilir. OPPO bildirib ki, şarj cihazının gücü 7.5 vatt təşkil edir. Qeyd etmək lazımdır ki, Xiaomi və Motorola şirkətlərinin uzaq məsafədən ötürülən şarj texnologiyaları daha maraqlı görünürlər. Məsələn Xiaomi-nin Mi Air Charge adlı texnologiyası cihazı bir neçə metr məsafədən şarj edə bilir. Motorola-nın texnologiyası isə bu prosesi 80-100 sm məsafədən reallaşdırır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)