main-post-cover

    Opera şirkəti Android üçün Chrome brauzerinin alternativini təqdim etdi

    Elm & Texnologiya
    09.09.2019
    Farid Pardashunas
        Opera Software şirkəti Vivaldi brauzerinin Android versiyasını təqdim etdi. Bu brauzerin Android versiyasını yaratmaq üçün şirkətə 4 il vaxt lazım olub. Vivaldi məşhur Opera brauzerinin bir sıra vacib funksiyalarını özündə birlşdirməklə yanaşı Google Chrome brauzerində olmayan fərdi özəllikləri də əldə edib. Bu barədə The Next Web saytı xəbər verib. Chrome-dan fərqli olaraq Vivaldi brazerində qovluqlar arası sürətli keçidi reallaşdırmaq olar. Bunu brauzerin aşağı hissəsindəki interfeys panelində swype vasitəsilə etmək mümkündür. Bu cür üsul isə öz növbəsində naviqasiya müddətini aşağı salır.
        Brauzerdə işə salınmış səhifələrin cihazın yaddaşda saxlanması zamanı qeydlərin aparılması mümkündür. Bununla yanaı brauzerin URL ünvan sətrindəki rahat kontekst menyu özündə linklərin sürətli kopyalanması və kopyalanmış linklərin lazımi şəxslərə göndərilməsi özəlliklərini də birləşdirir. Həmçinin brauzer vasitəsilə işə salınmış hansısa səhifənin müəyyən bir hissəsinin və ya tam hissəsinin screenshotunu reallaşdırmaq da olar. Vivaldi brauzerinin daha bir özəlliyi ondan ibarətdir ki, onda kateqoriya və qovluqların yaradılmasını özündə birləşdirən rahat qovluqlar təşkili funksiyası var.
        Qovluqlar brauzerin mobil və veb versiyaları arasında sinxronlaşdırılır. İstifadəçilər həmçinin History bölməsinə daxil olmadan bağlanmış səhifələrə sürətli şəkildə geri dönüş edə bilərlər. Brauzer qara rəng də daxil olmaqla bir neçə rəng interfeysinə sahibdir. Tərtibatçıların verdikləri məlumata əsasən sözügedən brauzer istifadəçinin daxil olduğu səhifələrin tarixçəsini izləmir. Buna görə də bu brauzerdən istifadə zamanı targetinq reklamlar barəsində narahat olmağa ehtiyac yoxdur. Tərtibatçılar bu brauzerin ictimai beta test mərhələsini aktivləşdirəndən sonra onun beta testində iştirak etmək mümkün olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər