Opera brauzerinə daxili Instagram dəstəyi gəldi (Sidebar)

Opera brauzerinə daxili Instagram dəstəyi gəldi (Sidebar)

Texnologiya
22.04.2020 PAYLAŞIM

        Opera brauzeri digər brauzerlərdən bir çox müsbət tərəfləri ilə fərqlənir. Bunlardan ən başlıcası daha az kompüter resursu istifadə etməsi, daxili AdBlock, VPN funksiyasının olması və Sidebar adı verilən ekranın sol tərəfində çıxan kiçik paneldir. Bu paneldə istifadəçilər Facebook, Whatsapp, Telegram-a girmədən bu şəbəkələrdə olan hesablarını idarə edə bilirsiniz. İndi isə bunların arasına Instagram da qatıldı.

Opera brauzeri artıq daxili Instagram dəstəyinə malikdir!


        Opera rəsmilərinin dediklərinə görə daxili Instagram inteqrasiyası ilə artıq istifadəçilər smartfon olmadan smartfondakı bütün Instagram funksiyalarını istifadə edə biləcəklər. Opera-nın rəsmilərindən olan Maciej Kocemba dediklərinə görə əsas məqsəd istifadəçilərin fikrini dağıtmadan kompüterə fokuslana bilmələri və çox daha mükəmməl sosial media təcrübəsini yaşatmaqdır.

        Şirkət tərəfindən bu ilin əvvəllərində açıqlanan statistikaya görə dünyada ümumi 300 milyon insan aktiv şəkildə Opera brauzerini istifadə edir. Netmarketshare tərəfindən paylaşılan rəqəmlərə görə isə Opera brauzeri dünyada ən populyar 7.brauzerdir və bazar payı sadəcə 1.46%-dir. 

Opera tərəfindən daxili Instagram inteqrasiyası üçün paylaşılan təqdimat videosu:

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple AirPower Mini naqilsiz şarj stansiyasının real fotoları sızdırılıb

Naqilsiz şarj stansiyası olan AirPower-in ilk hazırlanma mərhələsindəki uğursuz nəticə Apple şirkəti..


Sony şirkəti PlayStation 5-in qiymətini rəsmi olaraq açıqlayıb

Sony şirkəti gecə keçirtdiyi təqdimat çərçivəsində PlayStation 5 konsolunun qiymətini və startda han..


Professional Apple AirPods Studio qulaqlığının real fotosu sızdırılıb

Artıq bir neçə aydır ki, internetdə olan məlumatlara əsasən Apple şirkəti AirPods Studio adlı yeni p..


GoPro yeni Hero 9 Black action kamerasını təqdim edib - QİYMƏTİ

GoPro şirkəti özünün yeni Hero 9 Black action kamerasını təqdim edib. Yeni kamera modeli əvvəlki Her..


Apple şirkətinin yeni A14 Bionic prosessoru Snapdragon 875-dən az performanslı o..

Prosessorun daha detallı analizi onu göstərir ki, A14 Bionic Apple şirkətinin dediyi kimi heç də o d..


Huawei şirkəti cihazların kontaktsız şarj texnologiyasının patentini əldə edib (..

Smartfonların naqilsiz şarj prosesini dəstəkləməsi dedikdə onların cərəyan mənbəsinə qoşulmuş xüsusi..

×