main-post-cover

    OnePlus televizorunun yeni fotosu, texniki göstəriciləri və qiyməti ortaya çıxdı

    Elm & Texnologiya
    19.09.2019
    Emil Nəcəfov
        Hələ bir neçə müddət bundan öncə OnePlus şirkətinin ilk smart televizor modelinin arxa panelinin və idarəetmə pultunun fotoları ortaya çıxmışdı. İndi isə televizorun ön panelinin fotosu və texniki göstəriciləri ortaya çıxıb. Bu barədə 247techie.in saytı xəbər verib. Yeni sızdırılmış məlumata əsasən OnePlus televizoru iki versiyada təqdim olunacaq və onlar Q1, Q1 Pro adlarını əldə edəcəklər.
        Hər iki model 4K keyfiyyətli 55 düym QLED ekran əldə edəcək. Modellər öz aralarında səsgücləndiricilərin sayına görə fərqlənəcəklər. Belə ki, Q1 Pro modelində səsgücləndiricilərin sayı bir qədər çox olacaq. Hər iki televizor modeli HDR10 dəstəyini əldə edəcək. Bununla yanaşı televizorlar 2.5 GB RAM, 16 GB daxili yaddaş həcmi, 3 ədəd HDMI girişi, 2 ədəd USB girişi, SPDIF girişi, audioçıxış və Ethernet portunu əldə edəcəklər.
        Bunlardan əlavə olaraq televizorlarda ikidiapazonlu Wi-Fi və Bluetooth 5.0 reallaşdırılıb. Məlumata əsasən televizorlar OxygenOS interfeysli Android TV əməliyyat sistemi vasitəsilə çalışacaqlar. Buna görə də televizorların sistemlərində öncədən artıq Netflix Amazon Prime servislərinin tətbiqləri quraşdırılacaq. Məlumatda qeyd edilib ki, Q1 və Q1 Pro televizor modelləri 900$ qiymətində satışa çıxacaqlar. Qeyd etmək lazımdır ki, OnePlus şirkəti öz ilk televizor modelini 26 sentyabr tarixində OnePlus 7TOnePlus 7T Pro smartfonları ilə birlikdə təqdim edəcək.
    Linki kopyala