main-post-cover

    OnePlus smart televizoru barəsində yeni məlumatlar ortaya çıxdı

    Elm & Texnologiya
    03.09.2019
    Farid Pardashunas
        Amazon şirkətinin saytının Hindistan regionu üçün olan versiyasında OnePlus şirkətinin ilk smart televizor modelinin promo fotosu ortaya çıxıb. Həmin promo foto isə televizor barəsində yeni məlumatlar verib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə məlumata əsasən OnePlus şirkətinin ilk smart televizor modeli 4K keyfiyyətli 55 düym QLED ekrana sahib olacaq. Ekranın özü isə Dolby Vision texnologiyasını dəstəkləyəcək. Bu texnologiya ekranın rənglərini və parlaqlığını yaxşılaşdırır.
        Bununla yanaşı OnePlus TV 50 vatt gücündə 8 ədəd səsgücləndirici ilə təchiz olunacaq və Dolby Atmos texnologiyasını dəstəkləyəcək. Əvvəlki məlumat sızıntılarına əsasən OnePlus TV 1.5 GHz tezlikli 2 nüvəli MediaTek MT5670 prosessoru, Mali G51 qrafik sürətləndirici və 3 GB RAM ilə təchiz olunacaq. Televizor Android TV əməliyyat sistemi vasitəsilə çalışacaq.
        Şirkət minimum 3 il ərzində televizorun əməliyyat sistemi üçün yenilənmələri təqdim etməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, OnePlus TV 26 sentyabr tarixində Hindistanda təqdim olunacaq. Onun güman edilən satış qiyməti isə 500-600$-dır. Bu televizorun Redmi TV ilə Honor Vision televizor modellərinə rəqib olacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər