OnePlus şirkəti smart saat üzərində çalışır
Elm & Texnologiya
05.11.2019
Farid Pardashunas
Yeni verilmiş məlumata əsasən OnePlus şirkəti uzun müddətdir ki, öz smart saat modeli üzərində çalışaraq daşınıla bilən cihazlar bazarına daxil olmaq istəyir. Bu barədə Gizchina saytı xəbər verib. Çox güman ki, şirkətin smart saatı OnePlus Watch adını əldə edəcək. Məlumata əsasən şirkətin smart saat modeli Qualcomm şirkətinin prosessoru (çox güman ki, Snapdragon Wear 3300), 1 GB RAM və 8 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq. Saat WearOS əməliyyat sistemi vasitəsilə çalışacaq.
Şirkət öz ilk smart saat modelini OnePlus 8 və OnePlus 8 Pro smartfon modelləri ilə birlikdə təqdim etməlidir. Yəni 2020-ci ilin ikinci rübündə. Qeyd etmək lazımdır ki, şirkət smart saat bazarına hələ bir neçə il bundan öncə daxil olmağı planlaşdırırdı. Həmin vaxtda şirkət rəhbəri hətta smart saatın sxematik fotolarını da təqdim etmişdi. Lakin sonradan şirkət bu layihəni ləğv etmişdi. Görünür, şirkət bu layihəyə yenidən qayıtmağı düşünüb. Heç istisna deyil ki, nəticədə şirkət smart saat deyil fitnes qolbaq təqdim etsin.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)