main-post-cover

    OnePlus şirkəti smart saat üzərində çalışır

    Elm & Texnologiya
    05.11.2019
    Emil Nəcəfov
        Yeni verilmiş məlumata əsasən OnePlus şirkəti uzun müddətdir ki, öz smart saat modeli üzərində çalışaraq daşınıla bilən cihazlar bazarına daxil olmaq istəyir. Bu barədə Gizchina saytı xəbər verib. Çox güman ki, şirkətin smart saatı OnePlus Watch adını əldə edəcək. Məlumata əsasən şirkətin smart saat modeli Qualcomm şirkətinin prosessoru (çox güman ki, Snapdragon Wear 3300), 1 GB RAM və 8 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq. Saat WearOS əməliyyat sistemi vasitəsilə çalışacaq.
        Şirkət öz ilk smart saat modelini OnePlus 8OnePlus 8 Pro smartfon modelləri ilə birlikdə təqdim etməlidir. Yəni 2020-ci ilin ikinci rübündə. Qeyd etmək lazımdır ki, şirkət smart saat bazarına hələ bir neçə il bundan öncə daxil olmağı planlaşdırırdı. Həmin vaxtda şirkət rəhbəri hətta smart saatın sxematik fotolarını da təqdim etmişdi. Lakin sonradan şirkət bu layihəni ləğv etmişdi. Görünür, şirkət bu layihəyə yenidən qayıtmağı düşünüb. Heç istisna deyil ki, nəticədə şirkət smart saat deyil fitnes qolbaq təqdim etsin. 
    Linki kopyala