main-post-cover

    OnePlus şirkəti öz ilk planşeti üzərində çalışır

    Elm & Texnologiya
    06.07.2021
    Emil Nəcəfov
        OnePlus şirkəti öz məhsullarını genişləndirməyə və planşetlər bazarına daxil olmağa hazırlaşır. Belə ki, Avropanın EUIPO adlı patent qurumunda OnePlus Pad adlı yeni məhsul qeydiyyatdan keçirilib. Bir qayda olaraq bu cür qurumda hansısa məhsulun qeydiyyatdan keçirilməsi həmin məhsulun yaxın zamanda satışa çıxması mənasını verir. Hələ bir neçə müddət bundan öncə OnePlus şirkəti OPPO ilə birləşdiyini elan emtişdi. Analitiklərin fikirlərinə əsasən OnePlus şirkəti öz ilk planşet modeli üzərində OPPO ilə birlikdə çalışır. Buna baxmayaraq adları sadalanmış şirkətlərdən heç biri hələ ki, planşetlər bazarına daxil olacaqları barəsində bir rəsmi məlumat verməyib. EUIPO-da qeydiyyatdan keçmiş məhsulun texniki özəlllikləri, təqdimat və satış tarixi barəsində bir məlumat yoxdur.
    Linki kopyala