main-post-cover

    OnePlus şirkəti CES 2020 sərgisində OnePlus Concept One adlı konseptual smartfonu təqdim edəcək

    Elm & Texnologiya
    17.12.2019
    Emil Nəcəfov
        Keçən həftənin sonunda məlum oldu ki, OnePlus şirkəti öz tarixində ilk dəfə yanvar ayında keçiriləcək CES 2020 sərgisində iştirak edəcək. Lakin şirkətin həmin sərgidə nə təqdim edəcəyi məlum deyildi. İndi isə bu məlumat da ortaya çıxdı. Bu barədə Gagadget saytı xəbər verib. Şirkətin Çinin Weibo adlı sosial şəbəkəsində təqdim etdiyi paylaşıma əsasən CES 2020 sərgisində OnePlus Concept One adlı konseptual smartfon modeli təqdim ediləcək.
        Həmin konseptual smartfonun OnePlus şirətinin digər smartfon modellərindən nə ilə fərqlənəcəyi barəsində bir məlumat yoxdur. Hər şey 7 yanvar tarixində bilinəcək. Qeyd etmək lazımdır ki, şirkət hal hazırda OnePlus 8 smartfon seriyası üzərində çalışır. Lakin bu dəfə smartfon seriyasına 3 model daxil olacaq: OnePlus 8, OnePlus 8 ProOnePlus 8 Lite. Bu smartfonlar 2020-ci ilin ikinci rübündə təqdim olunmalıdırlar. 
    Linki kopyala