main-post-cover

    OnePlus şirkəti 2015-ci ildəki OnePlus X büdcəli smartfonun yeni versiyasını təqdim edəcək

    Elm & Texnologiya
    27.03.2020
    Farid Pardashunas
        2015-ci ildə OnePlus şirkəti 5 düym ekrana və orta səviyyəli texniki özəlliklərə sahib OnePlus X adlı kompakt smartfon modelini təqdim etmişdi. Həmin smartfonun qiyməti 270 avro təşkil edirdi. İndi isə insayderlər qeyd ediblər ki, şirkət OnePlus X modelinin yeni versiyasını təqdim etməyə hazırlaşır. Bu barədə 9to5google saytı xəbər verib.
        Görünür, OnePlus şirkəti bu il bizləri OnePlus 8OnePlus 8 Pro smartfon modelləri ilə yanaşı həmçinin orta büdcəli smartfonla da sevindirəcək. XDA-Developers saytının baş redaktoru olan Max Weinbach-ın sözlərinə əsasən şirkət OnePlus X smartfonunu digər ad altında yeniləyəcək. Çox güman ki, söhbət, OnePlus 8 Lite smartfon modelindən gedir.
        Lakin şirkətin orta büdcəli smartfonunun adı hələ təsdiqlənməyib. Son məlumat sızıntılarına əsasən OnePlus 8 Lite smartfonu Full HD+ keyfiyyətli AMOLED ekran, MediaTek Dimensity 1000 prosessoru və üçlü arxa kamera ilə təchiz olunacaq. OnePlus 8 və OnePlus 8 Pro smartfonlarının 15 aprel tarixində təqdim olunacaqları gözlənilir. Lakin Lite versiyanın təqdimatını bir neçə ay gözləmək lazım gələcək. Belə ki. məlumata əsasən o, iyul ayında təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər