OnePlus Pad Go planşetinin ilk tizer fotosu paylaşılıb

OnePlus Pad Go planşetinin ilk tizer fotosu paylaşılıb

Texnologiya
14.09.2023 PAYLAŞIM

    OnePlus şirkətinin Hindistan üzrə şöbəsi X-dəki (keçmiş Twitter) hesabında şirkətin yeni planşetinin ilk tizer fotosunu təqdim edib. Söhbət, OnePlus Pad Go adlı planşetdən gedir. Qeyd etmək lazımdır ki, son günlərdə OnePlus şirkətinin bu ada sahib yeni planşet üzərində çalışdığı barəsində artıq məlumatlar ortaya çıxıb. OnePlus Pad Go büdcəli seqmentə daxil olacaq bir planşet olacaq və ilin əvvəlində təqdim edilmiş OnePlus Pad modelinin sadələşdirilmiş versiyası rolunda çıxış edəcək. Planşetin texniki göstəriciləri, təqdimatı və satış müddəti barəsində heç bir məlumat yoxdur. Daha öncəki məlumat sızıntılarında qeyd edilmişdi ki, OnePlus Pad Go 2024-cü ilin əvvəlində təqdim oluna bilər. Lakin şirkətin artıq indidən planşetin tizer fotosunu təqdim etməsi onun yaxın zamanda təqdim olunacağına işarə edir.




DAHA ÇOX


Xiaomi Smart Band 8-in qlobal versiyası və Smart Band 8 Active təqdim edilib - Q..

Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyası və Xiaomi Watch 2 Pro smart saatı ilə yanaşı üstəlik Xia..


Xiaomi Watch 2 Pro flaqman smart saatı təqdim olunub - QİYMƏTİ

Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyası ilə birlikdə Xiaomi Watch 2 Pro flaqman smart saatını da..


CMF Buds Pro naqilsiz qulaqlığı və CMF Power şarj adapteri təqdim olunub - QİYMƏ..

Nothing şirkətinin CMF subbrendi CMF Watch Pro smart saatı ilə yanaşı həmçinin CMF Buds Pro naqilsiz..


Nothing-in CMF brendi öz ilk smart saatını təqdim edib - QİYMƏTİ

Nothing şirkətinin CMF adlı subbrendi öz ilk smart saatı CMF Watch Pro-nu təqdim edib.


Snapdragon 8 Gen 3-ün qrafik çipi Geekbench testlərindən keçib

Qualcomm gələn ayın sonunda Snapdragon 8 Gen 3 prosessorunu təqdim edəcək.


Galaxy Tab S9 FE planşetlərinin fotoları və texniki göstəriciləri ortaya çıxıb..

Biz artıq dəfələrlə məlumat vermişik ki, Samsung şirkəti hal hazırda Galaxy Tab S9 FE planşet seriya..

×