OnePlus-ın ilk mexaniki klaviaturasının fotosu təqdim edilib

OnePlus-ın ilk mexaniki klaviaturasının fotosu təqdim edilib

Texnologiya
23.01.2023 PAYLAŞIM

    91mobiles saytı OnePlus şirkətinin ilk mexaniki klaviaturasının fotosunu əldə edib və onun barəsində bəzi məlumatları təqdim edib. Beləliklə verilmiş məlumata əsasən OnePlus şirkəti öz ilk mexaniki klaviaturasını 7 fevral tarixində təqdim etməlidir. Klaviatura ilk növbədə Hindistan bazarında satışa çıxacaq. Böyük ehtimal ilə müəyyən müddətdən sonra şirkət onu qlobal bazarda da satışa çıxardacaq. Təqdim edilmiş fotodan da görmək olar ki, klaviaturanın gövdəsi ağ rəngdə olacaq. Lakin klaviaturaının digər gövdə rənglərinə sahib olacağı da istisna deyil. Klaviatura həmçinin RGB işıqlandırma sistemini və üstəlik Windows ilə macOS arasındakı sürətli keçid düyməsini əldə edəcək. Klaviaturanın düymələri dəyişdirilə bilən olacaq. Onu kompüterə həm naqil həm də naqilsiz üsul ilə qoşmaq mümkün olacaq. Klaviatura özündə Bluetooth 5.2 texnologiyasını və USB Type-C ilə USB Type-A girişlərini birləşdirəcək.




DAHA ÇOX


Xiaomi Smart Band 8-in qlobal versiyası və Smart Band 8 Active təqdim edilib - Q..

Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyası və Xiaomi Watch 2 Pro smart saatı ilə yanaşı üstəlik Xia..


Xiaomi Watch 2 Pro flaqman smart saatı təqdim olunub - QİYMƏTİ

Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyası ilə birlikdə Xiaomi Watch 2 Pro flaqman smart saatını da..


CMF Buds Pro naqilsiz qulaqlığı və CMF Power şarj adapteri təqdim olunub - QİYMƏ..

Nothing şirkətinin CMF subbrendi CMF Watch Pro smart saatı ilə yanaşı həmçinin CMF Buds Pro naqilsiz..


Nothing-in CMF brendi öz ilk smart saatını təqdim edib - QİYMƏTİ

Nothing şirkətinin CMF adlı subbrendi öz ilk smart saatı CMF Watch Pro-nu təqdim edib.


Snapdragon 8 Gen 3-ün qrafik çipi Geekbench testlərindən keçib

Qualcomm gələn ayın sonunda Snapdragon 8 Gen 3 prosessorunu təqdim edəcək.


Galaxy Tab S9 FE planşetlərinin fotoları və texniki göstəriciləri ortaya çıxıb..

Biz artıq dəfələrlə məlumat vermişik ki, Samsung şirkəti hal hazırda Galaxy Tab S9 FE planşet seriya..

×